Qazaxıstan və İsrail ikiqat vergitutmanın qarşısını alır
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstan və İsrail Qüdsdə keçirilən Qazaxıstan-İsrail Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında ikiqat vergitutmanın qarşısının alınması haqqında Konvensiya imzalayıblar.
Newscenter.az xəbər verir ki, bu barədə "Kazinform" Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən məlumat verir.
Bildirilir ki, hər iki ölkənin biznes dairələri tərəfindən çoxdan gözlənilən konvensiyanın imzalanması görüşün əsas nəticəsi oldu. Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini və Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev rəhbərlik edib. Biznes forumunda həmçinin yeddi kommersiya sənədi imzalanıb.
İşgüzar səfəri zamanı Madiyev İsrail Prezidenti İsaak Herzoqla da görüşü və prezident Kasım-Jomart Tokayevin salamlarını çatdırıb. Tərəflər əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini və süni intellekt, su texnologiyaları, vacib minerallar və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin birbaşa hava əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəldilər və vizasız rejimin tətbiqi planları müzakirə olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığı müzakirə edildi
27 Aprel 2026 20:14
Qazaxıstan və İsrail vizasız rejim haqqında sənəd imzaladı
27 Yanvar 2026 13:29
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
02 Noyabr 2026 23:41
Qazaxıstan İsrail ilə sülh müqaviləsinə qoşulmaq istəyir Axios
07 Noyabr 2025 08:37
İsrail İranın hücumlarının qarşısını belə alır Video
13 İyun 2025 22:38
Baxış sayı:88
Bu xəbər 03 Noyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















