Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Kaylinin şousu diqqət çəkdi

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

Milli ruhun keşiyində duran lider

Milli ruhun keşiyində duran lider

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan dövlətçilik tarixində müstəsna möhürü olan Ulu öndər Heydər Əliyev yalnız iqtisadi, siyasi və hərbi baxımdan deyil, 
mədəni- ideoloji aspektdən də möhkəm təməllər yaratmışdı. Bu baxımdan unudulmaz liderin sovet dövründə Azərbaycan dili ilə bağlı gördüyü işlər həm tarixi, həm də strateji prizmadan xüsusi əhəmiyyət kəsb edirdi.

Sovet imperiyasının əsarətə aldığı bütün xalqları öz  idelogiyasına, vahid dilinə tabe etdirmək üçün ən sərt formada  göstərdiyi təzyiqlər dönəmində Azərbaycan dili məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Nəinki dövlət qurumlarında ana dilimizdə danışılmırdı, hətta televiziya, film və bu kimi təbliğat vasitələrində də imperiya dili ön planda qərarlaşmışdı. Gizli şəkildə yürüdülən təbliğat ali təhsilli mütəxəssislərimizin rus dilində danışmamasını, nə qədər gülünc səslənsə də, savadsızlıq göstəricisi sayılmaq mühiti yaratdmışdı. Belə bir vəziyyətdə Azərbaycan dilini nəinki diriltmək, hətta onu fonetik baxımdan yaşatmaq möcüzə sayıla bilərdi. Böyük Heydər Əliyev tarix üçün bu möcüzədən də artığını etdi. Ümummilli lider sübut etdi ki, dil təkcə ictimai hadisə yox, həm də millətin varlığının təsdiqi, sübutudur!

Xalqların öz milli soy- kökündən ayrılması bütövlükdə milli kimliyini itirməsi üzərində qurulan sovet ideologiyasına qarşı dahi dövlət xadiminin Azərbaycan dilinə dövlət dili statusu verməsi tək dilimizin deyil, eyni zamanda xalqımızın milli varlığını qoruyub saxlaması istimaqətində fövqəladə ictimai hadisə oldu.

70-ci illərin ortalarında keçmiş SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da intensivləşdi.

Belə ağır situasiyada ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Çünki bundan əvvəl dil məsələlərini müzakirəyə çevirən aydınlar sürgün, repressiya olunmuşdu. Vəziyyət o həddə gəlib çatmışdı ki, hətta respublika rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Amma bütün təhlükələrə rəğmən o vaxt Azərbaycan Respublikasının rəhbəri olan böyük strateq  Heydər Əliyev dil məsələsində qətiyyətli, cəsarətli mövqeyini ortaya qoydu və Azərbaycan dili ölkənin dövlət dili elan edildi. Xalqımızın sevimli övladı Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.

Beləliklə, Ulu öndər  bununla da milli rəmzlərimizdən birini qorumaqla siyasi ustalıqla gələcək müstəqil Azərbaycan dövlətinin fundamental əsaslarını yaratdı, tarixi zəmin hazırladı. Eyni zamanda Heydər Əliyev yalnız dilimizə dövlət statusu verməklə işini bitmiş saymadı. O, həm də kiçik rəsmi yazışmalardan tutmuş, böyük ədəbi  nümunələrə qədər Azərbaycan dilinin qorunmasını şəxsən diqqətdə saxladı.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ümummilli lider Heydər Əliyev dövlət dilinə həssas yanaşır, onun qorunması, təkmilləşdirilməsinə töhfələrini verirdi.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müzakirələrdə 
Ulu öndərin fikri qəti idi. Bütün fəaliyyəti dövründə azərbaycanlı olmağı və Azərbaycan dili ilə fəxr edən dahi liderin təşəbbüsü ilə geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonrakı illərdə dilimizin inkişafı və qorunması prosesi sürətləndi. 2001-ci il iyunun 18-də  dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında  Prezident Heydər Əliyev tərəfindən imzalamış fərmanı və  2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i təqviminin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması ana dilimizin möhkəmləndirilməsi istiqamətində böyük əhəmiyyət daşıdı.

Qeyd olunanlar onu göstərir ki, Heydər Əliyev dahi dövlət adamı, fövqəlsiyasi zəkaya malik lider olmaqla yanaşı,  həm də milli ruhun keşiyində duran ideoloq idi. Bu gün beynəlxalq yüksək tribunalarda, qlobal əhəmiyyətə malik tədbirlərdə, Azərbaycan adı yaşayırsa, bu tarixi nailliyyətin birmənalı şəkildə müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycan dili əbədi olduğu kimi, Heydər Əliyevin ruhuna yüksək ehtiram və sevgi də həmişə əbədi olacaq!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see239

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see237

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see234

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see218

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see211

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see210

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see172

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see170

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see169

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see168

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri