Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Milli ruhun tərcümanı

Milli ruhun tərcümanı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan mediasının unudulmaz simalarından biri Hacı Hacıyevin anadan olmasının 100 illiyi milli jurnalistikamızın əsryarımlıq yubileyi ilində daha bir əlamətdar ictimai-mədəni hadisədir. Bu insanın sevgi-sayğı ilə xatırladığımız simasını bizim üçün dəyərli edən ustad jurnalistin misilsiz fədakarlığıdır. 

Söhbət jurnalistikamızın da ölkəmiz kimi müstəqillik qazanıb azadlığa qovuşması yolunda göstərilmiş qeyrət və cəsarətdən gedir. Əlbəttə, söhbət həm də təpədən-dırnağadək milli təəssübkeşlikdən gedir. Hacı müəllimin anadilli jurnalistikamızın təəssübkeşliyi ilə mənalanmış ömür yolu böyük Həsən bəy Zərdabi ənənələrinə sədaqət və xalqa sözlə xidmət nümunəsidir. Hacı Hacıyev peşə sevgisini peşəkarlıq məfkurəsinə çevirmiş media xadimidir. Azərbaycan milli jurnalistikasının bu ustad siması milli təəssübkeşliyin bənzərsiz örnəyini yaratmış qələm sahibi və jurnalistika təşkilatçısı idi.

Hacı Hacıyevin jurnalistikamız adına gördüyü işlərin, göstərdiyi xidmətlərin özü yeni bir ənənənin formalaşmasında önəmli rol oynayıb. Sovet jurnalistikası içərisində əridilmiş demokratik jurnalistikamızın milliləşdirilib tarixi məcrasına qaytarılması məhz belə bir ənənə olaraq yaranıb. Bu ənənənin davamında jurnalistikamızın önəmli tarixlərinin yad edilməsi, milli ruhlu yubiley, qurultay  və konfransların keçirilməsi Hacı müəllimin təşəbbüskar fəaliyyəti ilə sıx bağlı olub. 

Hacı Hacıyev jurnalistikaya milli ziyalılıq obrazı qazandırmış simadır. Bu obraz geniş yaradıcılıq diapazonu ilə seçilib. Həyatı azad sözün təntənəsi yolunda mübarizədə keçmiş bu söz fədaisi tərcümələri, sənədli-bədii əsərləri, filmoqrafiyası ilə mediamızın peşəkarlıq salnaməsini zənginləşdirib. 

Hacı müəllim jurnalistikamıza həm də milli kübarlıq qazandırıb. Onun təqdim etdiyi jurnalistika cəmiyyətin can atdığı ictimai düşüncə zirvəsidir. Hacı Hacıyev jurnalistikası insanların ümid və təsəlli, mübarizə və qələbə tribunası kimi də göz önünə gəlir. Yetkin qələm sahibinin söz dünyası həmişə həyatsevərliyə köklənib, zaman-zaman qarşısına qoyduğu hədəflərə yetişib. Onun fikir və duyğuları insanlara xoş əhval gətirib, cəmiyyəti yüksəlişə səsləyib. 

Anadan olmasının 100 illiyi media təqvimimizin seçilən bir günü kimi qeyd edilən bu mətbuat fədaisini ehtiramla anmaq həm böyük qürur və fəxarətdir, həm də nəsillərə örnək olacaq qədirbilənlikdir. Uca Tanrıdan Hacı müəllimə rəhmət diləyir, xatirəsini böyük ehtiramla yad edirik!

Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri