Icma.az
close
up
RU
Milli Şuranı kimlər yaratmışdılar...

Milli Şuranı kimlər yaratmışdılar...

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son günlər baş verən hadisələr fonunda - Ramiz Mehdiyev işi”, AXCP sədri Əli Kərimlinin həbsi - Milli Şuranın da adı tez-tez hallandırılır. Ən qalmaqallı iddialardan 2013-cü ildə yaradılan Milli Şuran Rusiyanın əlində siyasi alətə çevrilməsilə bağlıdır. Məsələn, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu mətbuata bildirib ki, Milli Şura layihəsi Rusiyanın siyasi ssenarisi idi.
“Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə müxalifəti bir çətir altında toplamaq təşəbbüsü Azərbaycan dövlətçiliyi üçün riskli və təhlükəli layihə idi. Biz bunu o zaman da açıq deyirdik, indi də deyirik”, - Rauf Arifoğlu bildirib.

Qeyd edək ki, “Mehdiyev işi” çərçivəsində onunla əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli DTX-da dindirilib, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bəs Milli Şura necə yaranmışdı?
Modern.az-ın məlumatına görə, Milli Şura 2013-cü ildə Azərbaycanda keçirilən prezidenti seçkiləri ərəfəsində müxalif siyasi qüvvələrin birliyi kimi yaradılmışdı.
28 may 2013-cü ildə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri bir araya gəlmişdilər. Belə ki, Açıq Cəmiyyət Partiyasınınm sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədr muavini Bəybala Əbil, EL Hərəkatının sədri Eldar Namazov və Müsavat Partiyasının sədri İsa Qəmbərin iştiraki ilə görüş baş tutmuş, Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdı. Müzakirələrə telefon və Skype vasitəsilə o zaman Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da qatılmışdılar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdı. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdi.
7 iyun 2013-cü il tarixində Milli Şuranın təsis yığıncağı keçirildi. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçildi.
2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verdi.
23 avqust 2013-cü il tarixində Milli Şuranın digər qərarı ilə Cəmil Həsənlinin prezidentliyə ehtiyat vahid namizədliyi irəli sürüldü.

27 avqustda Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsini qəbul etmədi. Çünki qanunvericiliyə görə, namizəd olmaq istəyən şəxs son 10 ildə daimi formada Azərbaycanda yaşamalı və onun başqa ölkə vətəndaşlığı olmamalı idi. Rüstəm İbrahimbəyov isə həm son 10 ildə Azərbaycanda daimi yaşamamışdı və həm də onun Rusiya vətəndaşlığı vardı.
Belədə Milli Şura seçkilərdə prezidentliyə ehtiyat vahid namizədliyi irəli sürülmüş tarixçi alim Cəmil Həsənlinin üzərində dayanmalı oldu.
2013-cü ilin oktyabr ayının 9-da Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkidə 10 namizəd iştirak etdi. İlham Əliyev 84.54% səslə 3-cü dəfə prezident seçkilərinin qalibi oldu.
Mili Şura isə fiaskoya uğradı, Cəmil Həsənli 5.53% səs toplaya bildi.
Seçkilərdən sonra Milli Şura daxilində narazılıq yarandı. 3 dekabr 2013-cü ildə Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçildi.
Seçkidən sonrakı dövrdə Müsavat Partiyası, EL Hərəkatı, Azərbaycan Liberal Partiyası, Böyük Azərbaycan Partiyası,Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və digər çoxsaylı üzvlər Milli Şuradan çıxdılar.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri