Vidadi Rzayev: Şuranı sırf bizə alternativ qurum kimi yaratdılar ki, özlərinə dəstək qazansınlar
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Kəpəz"in sabiq məşqçisi Vidadi Rzayevin Sport24.az-a müsahibəsi.
- "Kəpəz"də "Gəncənin futbol əfsanələri" adlı şura təsis edilib. Ancaq sizi tədbir iştirakçıları arasında görmədik. Sizi toplantıya dəvət etməmişdilər?
- Orada olmağa ehtiyac yoxdur. Sağ olsunlar, dəvət etmişdilər. Getməyi özümə borc bilmədim. Bizi "Kəpəz" futbol veteranlarının sədri Tofiq Məmmədov təmsil edirdi. Şuranın yaradılması haqda nəsə deyə bilmərəm. Hələ ki, vəziyyət acınacaqlıdır. Fikrimcə, şuranı yaratmaqda əsas məqsəd tənqidi, alternativ fikirlərin qarşısını almaqdır.
- Deyəsən, şuranın yaradılmasına heç də müsbət yanaşmırsız...
- Bəli. Ehtiyac yox idi. "Kəpəz" Futbol Veteranları" birliyi var ki, oranın da sədri Tofiq müəllimdir. Bizim istəyimiz nədir? Komandanın yaxşı olmasını istəyirik. Görəndə ki, komanda uçuruma gedir, sağlam tənqid edib, çatışmazlıqlar barəsində danışırıq. Məncə, şuranı sırf bizə alternativ qurum kimi yaratdılar ki, özlərinə dəstək qazansınlar. Adını "Gəncənin futbol əfsanələri" qoyublar. "Ulduz" dediklərinin hamısı futboldan kənardadır. Bəlkə də inciyəcəklər. Amma əfsanə olmayanlar klubda çalışır, olanlar isə işsizdir.
- "Kəpəz" ötən turdakı qələbədən sonra "İmişli"yə uduzdu. Sizcə, qələbənin ardını gətirməyə nə mane olur?
- Azər Bağırov mənim sualıma cavab vermir. Ötən mövsüm komandanı Premyer Liqada saxladı, klubun rəhbərliyi ilə razılaşmadı, getdi. Yenidən Adil Şükürovun yığdığı komandaya niyə baş məşqçi kimi gəldi? Həmin rəhbərlikdi, dəyişməyib ki? Adil müəllimə verdikləri maaşdan artıq verməyəcəklər ki?
- Ola bilər Erkin İbrahimovun klubdan getməsinin təsiri olub?
- Ötən mövsüm komandanı liqada saxladı. İndi həmin vəziyyət deyil. Legionerlərin səviyyəsinden şikayət edirlər. Azər müəllim bilirdi hansı komandaya gəlir. Deyirlər səbirli olmaq lazımdır. Nəyin səbrini edək? O vaxtı milliyə baş məşqçi gətirirdilər, 3-5 ildən sonra "bağışla bacıoğlu, alınmadı" deyib yola salırdılar. Bu da ona oxşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















