Icma.az
close
up
RU
Milli şüurun dövlətləşən formulu

Milli şüurun dövlətləşən formulu

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən mühüm qərarlarından birini verdi. Həmin gün qəbul olunan İstiqlal Bəyannaməsi ilə xalqımız özünün müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan yalnız öz tarixində deyil, bütövlükdə Şərq və müsəlman aləmində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bu fakt xalqımızın dövlətçilik təfəkkürünün, siyasi şüurunun və azadlıq düşüncəsinin yüksək səviyyədə formalaşdığını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təsadüfi hadisə deyildi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış və azadlıq ideyaları geniş yayılmışdı. Maarifçi ziyalılar, mütəfəkkirlər və qabaqcıl ictimai xadimlər xalqın milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayırdılar. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlı idi”.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox mühüm dövlətçilik ənənələri formalaşdırdı. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu quruldu. Dövlət bayrağının qəbul olunması, Azərbaycan vətəndaşlığı institutunun yaradılması və xalq hakimiyyəti prinsipinin əsas götürülməsi yeni dövlətin demokratik mahiyyətini ortaya qoyurdu. Həmin dövrdə qəbul olunan qanunlar milli müstəqilliyin möhkəmləndirilməsinə, siyasi və mədəni inkişafın təmin olunmasına xidmət edirdi.

Xalq Cümhuriyyətinin xarici siyasətdə əsas məqsədi yeni dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı, bir sıra dövlətlərlə diplomatik əlaqələrin əsası qoyuldu. Məhz bu fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı və sonrakı dövrdə dövlətçilik ənənələrinin qorunub saxlanılmasına hüquqi zəmin yarandı.

Bu gün müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı Cümhuriyyət qurucularının xatirəsini daim əziz tutur. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanması isə Cümhuriyyət ideallarının tam şəkildə gerçəkləşdiyini göstərir. 28 May Müstəqillik Günü xalqımızın dövlətçilik iradəsinin, azadlıq əzminin və milli birliyinin rəmzi olaraq tariximizdə əbədi yaşayacaq.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 May 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri