Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Məktəblilər arasında milli şüurun inkişaf etdirilməsi

Məktəblilər arasında milli şüurun inkişaf etdirilməsi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quran Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək güclü inkişaf yoluna qədəm qoymuş və çətinlikləri aradan qaldıraraq uğurla irəliləməkdədir. 

Hər xalqın öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən yararlanaraq xalqımızın mədə¬ni səviyyəsini inkişaf etdirməklə gənc nəsli daha da sağlam, saf əxlaqi əhvali-ruhiy¬yədə tərbiyələndirməliyik.

Müasir dünyada gəncləri vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli şüurun inkişaf etdirilməsi vacib məsələdir. Bu olduqca mürəkkəb bir prosesdir.  Toyuqlu pizza

Vətənin qədrini yalnız onu sevənlər bilər. Bu baxımdan, gənclərə vətəni sevdirmək, bu sevgini inkişaf etdirməyə ehtiyac duyulur. Əgər gənclərimiz vətənin hər qarışını əziz və doğma bilirsə, deməli biz xoşbəxt millətik. Milli mənlik şüuruna yiyə¬lən¬mək vətənpərvərliyin mü¬hüm əlamətlərindəndir. Ona görə də milli mənlik şüurunun formalaşdırılmasına böyük əhəmiyyət verilir.

 Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, hazırda məktəb dərsliklərin milli və vətənpərvərlik mövzularına yer verilir:

“Tədris proqramı deyərkən, bizim 2008-2009-cu ildən etibarən qəbul etdiyimiz müvafiq “Kurikulum” proqramı nəzərdə tutulur. Bu tədris proqramında konkret olaraq, şəxsiyyət yönümlü vətəndaşların yetişdirilməsi qarşıya məqsəd olaraq qoyulub. Təbii ki, Vətən müharibəsi dövrünədək olan zaman kəsiyinə baxsaq, görürürük ki, şagirdlərdə milli vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, şəxsiyyətlə vətən arasında olan bağların möhkəmləndirilməsi istiqamətində müəyyən məlumatlar dərsliklərdə yer alıb. 

Onun nəticəsidir ki, İkinci Qarabağ müharibəsi dövründə kiçikdən-böyüyə demək olar ki, hər bir nəslin nümayəndəsi “vətən”, “Qarabağ” deyə qışqırırdı. Bunlar hamısı dərsliklərdə verilən informasiyaların, eyni zamanda onların vətənpərvər ruhda böyüməsinin nəticəsi idi. 

Hazırki dərsliklərdə müvafiq informasiyaların öz əksini tapması və tarixi ənənələrə sadiqlik mühüm yer tutmalıdır. Azərbaycanın tarixi torpaqları və bu torpaqların yenidən Azərbaycana qovuşması kimi informasiyalar da dərsliklərdə öz əksini tapmalıdır. Təbii ki, biz hər hansı bir ölkənin ərazisinə iddia etmirik. Konkret olaraq, Azərbaycanın istər cümhuriyyət dövründə, istərsə də daha əvvəlki dövrlərdə bizə aid olan ərazilərə iddialarımız tarixə dayanaraq mövcuddur. Bizim kiminsə ərazisinə qəsbkarlıq niyyətimiz yoxdur və kiminsə torpağına iddia etmirik. Bütün bu informasiyalar tədricən dərsliklərdə yer alarsa, düşünürəm ki, yeni nəslin şagirdlərində həmin tarixi torpaqlara bir qədər də rəğbəti artırar”. 

Ekspert vurğulayıb ki, milli-ideoloji şüurun formalaşması üçün konkret olaraq biz yalnız Azərbaycan bölməsinə qəbul aparmalı yaxud digər bölmələrdə olan dərsliklərdə verilən informasiyalara milli tarix, dil və ədəbiyyat mövzularını əhatə etməlidir:

“Digər tərəfdən, milli-ideoloji şüurun formalaşması üçün konkret olaraq biz yalnız Azərbaycan bölməsinə qəbul aparmalı yaxud digər bölmələrdə olan dərsliklərdə verilən informasiyalara milli tarix, dil və ədəbiyyat mövzularını əhatə etməlidir. Bu gün rus bölməsində Rusiya tarixini, ədəbiyyatını, incəsənətini təbliğ edəcəyiksə, təbii ki, həmin şagirdlər rus milli ideologiyasının daşıyıcısı olacaq. 

Eləcə də ingilis yaxud digər bölmələrə də aiddir. Düşünürəm ki, rus və ya digər bölmələr saxlanacaqsa, həmin bölmələrdə verilən bütün informasiyalar Azərbaycana və Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə bağlı informasiyalar olmalıdır. Bunların hamısının təhsil proqramlarında və dərsliklərdə yer alması daha məqsədəuyğun hesab oluna bilər. Erkən yaş dövründə şagirdlərin daha çox məntiqi təfəkkürünün inkişafı üçün Azərbaycan dili və riyaziyyat fənlərini və ilkin biliklərin formalaşması istiqamətində öz əksini tapır. 

Biz onları sözügedən proqramlarla yükləməklə bir növ prosesdən bezdirə bilərik. Bunu isə istəmirik. Məktəbəqədər və ibtidai təhsil erkən strateji təhsil pillələridir. Bu təhsil pillələrində bizim şagirdlərə davranışımız necədirsə, onlar yuxarı təhsil pillələrində bizə qaytaracaqlar. Ona görə də yalnız Həyat bilgisi dərsliyində ilkin milli, vətənpərvər biliklərin öz əksini tapması daha qane edicidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri