Icma.az
close
up
RU
Milli şüurun təbliğində vətəndaş cəmiyyətlərinin rolu

Milli şüurun təbliğində vətəndaş cəmiyyətlərinin rolu

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli şüur milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik vardır.

Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında əlaqələndirici keyfiyyətə malikdir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz  əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən bəşəriliyə aid əlamətləri də daşıyırıq. Bu mənada, milli şüur-milli ruh yalnız nəsil, qan birliyi əsasında formalaşa bilməz.

Bu prizmadan çıxış etsək görərik ki, milli ideologiyanı da yalnız qan-nəsil birliyi ilə formalaşdırmaq çətindir. Ona görə də, milli şüur milli ideologiyanın formalaşmasında çox mühum rol oynaya bilər. Yəni türklüyümüzlə yanaşı, islamlılığı, çağdaşlığı və azərbaycanlılığı ifadə edən yeni bir milli şüura ehtiyacımız var. Burada türklük dil, mədəniyyət və etnosla, azərbaycanlılıq vətən və dövlətçiliklə, islam dini inanc və etiqadla, müasirlik yeniləşmə və zəmanənin tələbləri ilə bağlıdır. Hər bir dövlətin taleyi bütün mənalarda onun milli şüurunun daşıyıcılarından asılıdır.

Bu daşıyıcılar isə təkcə görkəmli şəxslər, elm adamları və tarixi şəxsiyyətlər deyil, eləcə də vətən, millət təəssübkeşliyi çəkən hər bir şəxsdir. Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Bu gün istər vətəndaş cəmiyyətinin formalaşmasında, istərsə milli şüurun ən böyük daşıyıcıları kimi gənc nəsli xüsusi qeyd etmək lazımdır. Gənclik müasir dövrün hərəkətverici qüvvəsidir.

Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər bir dövlətin qarşısında duran böyük vəzifədir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, milli şüurun köklü inkişafı gənc nəslin maariflənməsindən başlayır:

“Milli şüurun inkişafı gənclərdən başlayır. Məktəblərdə, universitetlərdə bu mövzunun təbliğinə, öyrədilməsinə ciddi yanaşmaq lazımdır. Azərbaycanın televiziya məkanında baş verən proseslərlərə nəzər yetirsək, kanalların özlərinin dəyişilməsinə çox ciddi ehtiyac var.

Qeyri-hökumət təşkilatları bu istiqamətdə işləyə bilərlər və hazırda işləyirlər. Gənclərdə vətənpərvərlik ruhunun qaldırılması, gənclərin erkən nikah və dini radikalizmə meyillənməsi, narkotik vasitələrdən istifadəsinin minimuma endirilməsi ilə bağlı kifayət qədər layihələr, işlər icra olunur. Təbii ki, bu tam yetərli deyil. Bu kimi mövzularla bağlı genişmiqyaslı konfranslar həyata keçirmək lazımdır”.

QHT sədri vurğulayıb ki, vətəndaş cəmiyyətləri milli şüurun inkişafı üçün bir sıra təşviqedici addımlar atmalıdır:

“Dünya təcrübəsindən, dünya filmlərindən qaynaqlanan bəzi epizodları milli şüurun inkişafında istifadə etmək olar. Məsələn, Mell Gibsonun baş rolda çıxış etdiyi məşhur “Cəsur ürək” filmində, şotland xalqının qəhrəmanı Uliyam Volsun həyatından bəhs edilən film, o cümlədən, Azərbaycanın öz xalq qəhrəmanlarına həsr olunmuş “Babək”, “Nəsimi” kimi filmlər milli şüurun inkişaf etməsində əhəmiyyətli paya malikdir.

Təəssüf ki, biz son illər belə qəbildən olan filmlərin ekranda nümayişini çox az görürük. Qeyri-hökumət təşkilatları bu istiqamətdə təşviqedici işlər həyata keçirməlidir. Vətəndaş cəmiyyətləri gənclərin Qarabağ müharibəsi ilə bağlı maariflənməsində, eyni zamanda şəhidlərimizin vətən uğrunda mübarizəsini qəhrəmanlıq simvolu kimi öyrənməsinə şərait yaratmalıdır. QHT-lər həm də dövlətin bu istiqamətdə həyata keçirdiyi proqramları, tövsiyə etdiyi təlimatları cəmiyyətə ötürməklə, öz rolunu gücləndirməlidir. Milli şüurun inkişafı üçün dilimizin milliləşdirilməsi sahəsində ciddi fəaliyyətlər həyata keçirilməlidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:490
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri