Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Mətbuat milli ruhun, milli şüurun ayıq saxlanması üçün ən güclü arsenaldır

Mətbuat milli ruhun, milli şüurun ayıq saxlanması üçün ən güclü arsenaldır

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Milli oyanışımızın əsasında dayanan, milli məfkurəmizin istiqamətini müəyyənləşdirən mətbuatın yaranış tarixi yarandığı zaman da, bu günün özündə də qürur və iftixar hissi ilə anılır. Bəli, 1875-ci ildə işıq üzü görən və bununla böyük işıq qaynağına çevrilən "Əkinçi" qəzeti Həsən bəy Zərdabinin dirəniş və müqavimət əzminin nəticəsi olaraq hasilə gəlmişdir. Qəzetin yarandığı ictimai-siyasi mühitin mənzərəsinə nəzər salsaq mürəkkəb və gərgin bir dönəmin varlığından söhbət açmalıyıq. Ölkədə ümmətçilikdən millətçiliyə gedən yolun konturları cızılmamışdı, milli birlikdən söhbət belə gedə bilməzdi. Amma oyanış üçün milli zəmin vardı. A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazehdən başlanan dalğa böyük maarifçi M.F.Axundzadənin yaradıcı dühasında pöhrələnir, Qərblə Şərq arasında körpünün möhkəm, dayanıqlı əsası qurulurdu.
Bu oyanış əzmindən mənəvi qida alan Həsən bəy Zərdabi Azərbaycanda ilk Xeyriyyə Cəmiyyətini, 1873-cü ildə ilk milli teatrı yaratmasına baxmayaraq, xalqa xitab etməyin yolunu mətbuatın yaranmasında hiss edirdi. Maariflənməyə, mövhumat zəncirini elmin açarı ilə qırmaq əzminə inamını itirməyən Həsən bəyin inadı ona gətirdi ki, bu ağır yolçuluq sonucda milli şüur, milli tərəqqi, milli düşüncə hərəkatına çevrildi.
XIX əsrin sonlarında Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə ünvanladığı məktubların birində belə fikirlər yer alırdı: "Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhalimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox?.. Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi ünasən və zükurən elmindən bəhrəyab ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə".
Yəni, elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı. "Əkinçi"nin yaranmasına təkan verən amillər bunlar idi. Həsən bəy Zərdabi bütün dönəmlərdə bir amalı prioritetə çevirməyi bacardı: elmin və təhsilin, dərslik və oxu kitablarının ana dilində olmasına çalışdı, bunun üçün çabalar və mücadilələr etdi.
Bu gün bizim hamımızın işlətdiyimiz ədəbi və publisistik dil "Əkinçi"dəki dil normasına borcludur. Milli triadamızın banisi Əlibəy Hüseynzadə yazırdı ki, "bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır". Və yalnız ədəbi dilmi? Bu gün "Əkinçi" qəzetinin yeri və rolu, özündən sonra göstərmiş olduğu təsirin hüdudları Həsən bəy Zərdabinin siqlətli missiya daşıyıcısı olduğunu meydana qoyur. Ondan sonrakı dövrdə - xüsusilə, XX əsrin əvvəllərində milli ruh və idrak təəssübkeşliyimiz, müqavimət və dirəniş amalımızın qazanılmasında Zərdabi ideallarının nə qədər önəm kəsb etdiyi məlum məsələdir. Bu dövr həm də görk edir! XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradan aydınlar mətbuatın, maarifin, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə necə alovlu şəkildə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər. Elm almaq, maariflənmək prosesi ardınca məfkurə xəttini gətirməli idi. Bunu böyük haqq işi uğrunda mücadiləyə atılan bütün milli münəvvərlər aydın dərk edirdilər. Zərdabi ilə qurulan vətən məfkurəsi sonradan pərvəriş tapan mətbuat orqanlarının hamısının ana xəttinə çevrildi. 1891-ci ildə “Kəşkül” qəzetində Azərbaycan adının milli kimlik məsələsi təsbit olundu, millətin adı ətrafında fikirlər səsləndirildi. “Tərcüman” qəzetində krımlı yazar İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” məramı ilə türklərin ortaq problemlərinin qoyuluşunu hədəf götürdü. 1903-1905-ci illərdə “Şərqi-Rus” qəzetində Məhəmməd Ağa Şahtaxtlının rəhbərliyi ilə çalışan ziyalılar Şərq xalqlarının mövqeyini daim qorumağa çalışdılar. Ən böyük məfkurə dərsini isə 1905-1906-cı il aralığında çap olunan “Həyat” qəzeti verdi. Böyük ədəbi-mədəni coğrafiyanı ehtiva edən bu qəzetdə böyük ideoloq Əli bəy Hüseynzadənin qələmində təqdim olunan “Türklər kimdir və kimlərdən ibarətdir”, eləcə də Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və digər ədiblərin yazdığı məqalələrlə milli varlıq tanıdılmağa, milli triadamızın əsası qoyulmağa, milli kimlik fənni aşılanmağa başlandı və qəzet bağlandıqdan az sonra, elə həmin il işıq üzü görən “Füyuzat” jurnalı 32 sayı ilə cəmi bir il davam edən yaradıcı fəaliyyətində geriyə dönüşü mümkün olmayan azadlıq, şüur hərəkatına imza atdı. “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai”, - deyən Əli bəyin çağırışı ardınca istiqlala aparan yolun mübarizkar, mətin milli fədailərini yetişdirdi. Bu, həm də M.F.Axundzadə və H.Zərdabi ilə başlanan yolçuluyun, millət və xalq fədailiyinin məntiqi sonucu, tarixi nəticəsi idi.
Bu mənada, millətin elmi, bədii və siyasi potensialını meydana qoyan “Əkinçi” qəzetinin xalqa qazandırdığı nə oldu, - xüsusunda sual edəndə bu iki amilin məxsusiliyini önə çəkmək lazım gəlir. İlk növbədə, milli şüurun formalaşması və milli dövlətçiliyin yaranması nemətini. Mirzəbala Məmmədzadə “Azerbaycan misaki-millisi” əsərində yazır ki, “Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır”.
Kim etiraf etməz ki, Azərbaycanda milli özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın dövlət müstəqilliyinin varlığı Azərbaycan mətbuatına borcludur. Dünya mədəniyyətinə çıxışımız da milli mətbuatın hesabına mümkün olmuşdur. Bu mənada, XX yüzilin əvvəllərində Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan mətbuatı doldururdu. Bu mənada, 1918-ci il, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri milli mətbuat səhifələrində davam edən siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii-publisistik düşüncəyə söykənirdi. Digər bir məsələ, medianın əsas vəzifəsi informasiya ötürmək olsa da, o, hər şeydən əvvəl sağlam milli təsəvvürlərin gəlişməsini təmin etməlidir. Bu mənada xatırlatmaq xoşdur ki, bizim ilk mətbu orqanımız olan “Əkinçi”nin adı əslində, əkinçilik problemindən daha çox kültür, mədəniyyət, milli kimlik anlayışlarını ehtiva edirdi. Yaxud ötən əsrin əvvəllərində sırf estetik planda olan məsələlər, elə sırf estetik bir ünvanda intişar tapırdı. Məsələn, “Füyuzat” feyzlərin cəmi, daha doğrusu, estetik feyzlərin cəmi, toplusu demək idi və bu günkü cəmiyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin estetik əyarı elə ötən əsrin əvvəllərində həmin jurnal vasitəsi ilə yaradılırdı...
Sovet ideologiyasının hakimi-mütləq olduğu ilk dönəmlərdə mətbuat məfkurə xəttini qorumağa müvəffəq olmadı. Məlumdur ki, bütün çevrilişlər yalnız tarix hadisəsi kimi deyil, həm də düşüncə hadisəsi kimi təzahür edir. Sovet rejiminin də düşüncə hadisəsi olaraq lokal dövriyyəyə hesablanmış siyasi baxışları xalqı milli koloritindən, keçmişin milli-mənəvi sərvətlərindən, “xalq və mən” şüurundan uzaq salmağa yönəlmişdi. Biz bir millət, bir xalq kimi bütün bu fəci reallıqları şəxsi taleyimizdə yaşadıq. Millətimizi o tay-bu tay həsrətlisi edən mənfur irtica dünənimizdən bu günə, sələfdən xələfə, ziyalıdan xalqa gələn genetik kodları, üzvi və mənəvi bağları qırmaqdan çəkinmədi. Əlifbamız dəyişdirildi, milli-mənəvi sərvətlərimiz saxtalaşdırıldı, ictimai fikir öndərlərimizin irsi təhriflərə məruz qaldı. Üstəlik, 1937-ci ildə sovet rejiminin həyata keçirdiyi amansız repressiya dalğasında prosesin effektivliyinin və məhsuldarlığının artırılmasında mətbuatdan vintcik, təkərcik kimi istifadə etdi. Xüsusilə bu məqam, yəni həmin illərdə mətbuatın belə bir müdhiş hərəkatın donoruna çevrilməsi xalqın mətbuata, ziyalıya olan inamı arasında uçurum yaratdı.
Belə bir uçurum bir də 1970-ci illərin əvvəllərində aradan götürülməyə başladı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə bütünlükdə keçmişi “rekonstruksiya” işi, vulqar ideoloji konsepsiyaların güdazına getmiş mənəvi sərvətlərimizi mədəniyyət aləminə daxil etmək prosesi başlandı. Klassik irsimiz təbliğ olundu, tarixi yaddaşımız bərpa edildi, azərbaycançılıq ruhunun, türk əxlaqının millətə qaytarılması yönündə sistemli işlər həyata keçirildi. Bu işlər də onunla sonuclandı ki, 1991-ci ilin oktyabrında müstəqillik aktı imzalandı və Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu.
Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq ruhu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində qorunaraq xalqın və dövlətin şərəf tarixinin ifadəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda qələmə hörmət, varislik haqqına tapınaraq yola çıxmaq məqamı aparıcı xətti təşkil edir. Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi iki illik zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Milli məfkurə, suveren şüur, istiqlal ruhu İlham Əliyevin sədaqətlə qoruduğu ən böyük sərvət oldu.
Biz bugünkü imkan genişliyində peşəkarlıq, etika və məsuliyyət məsələlərində ehtiyatlı davranmalıyıq. Əks təqdirdə ictimai etimad da, milli dirəniş də zəif qalacaq. Unutmayaq ki, mətbuat yalnız xəbər, informasiya ötürmək üçün bir vasitə deyil, milli ruhun, milli şüurun ayıq saxlanması üçün ən güclü arsenaldır.
Təəssüf ki, bir çox hallarda mətbuat bəzən sifarişli, yaxud dəqiq müəyyənləşdirilməmiş informasiyalar yayır. Müəyyən siyasi və ya iqtisadi dairələrin təsiri altında fəaliyyət göstərən media nümunələri az deyil. Bu da əlbəttə ki, ictimai etimadı zəiflədir.
Bizdə mətbuat azadlığı Konstitusiya ilə təmin olunub, müstəqil media qurumlarının fəaliyyətinə imkan yaradılıb. Sadəcə, media savadlılığını artırmaq, milli şüuru gücləndirmək lazımdır. Medianın savadlılığı oxucunun da maariflənməsi deməkdir. Daha peşəkar, dürüst ideoloji mövqeyi olan media qurumlarına üstünlük vermək prioritetə çevrilməlidir. Bu kontekstdə savadlı, səviyyəli media dilinin labüdlüyü məsələsini də unutmaq olmaz. Bəzən saytlarda, qəzetlərdə adi xəbər o qədər pinti dil və estetika ilə təqdim olunur ki, bunun qarşısını almaq üçün nəzarət mexanizmi işlənib hazırlanmalıdır.
22 iyul – Milli Mətbuat günü böyük əməl sahiblərinin bayramıdır! İstiqlala gedən yolda usanmadan xidmət göstərənlərin, milli kimliyin Var olması istiqamətində həyatını təhlükəyə atıb gələcəyə hədəflənən fikir və siyasi düşüncə adamlarının! Mətbuat vasitəsilə ürəklərə müqəddəs vətən eşqi aşılayanların! Məfkurədən müstəqilliyə gedən yolun aydını olanların!
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri