Icma.az
close
up
RU
Milli Teatrda Zəfər mükafatı təqdim olunub

Milli Teatrda Zəfər mükafatı təqdim olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Noyabrın 8-də Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə təsis olunan «ZƏFƏR» mükafatının təqdimatı keçirilib. Mükafat yaradıcı şəxslərin vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsində göstərilən xidmətlərinin və nailiyyətlərinin qiymətləndirilməsini və mükafatlandırılmasını özündə ehtiva edir. 

«Zəfər» mükafatı  Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurzadəyə, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən Xalq artisti Nurəddin Mehdixanlıya, Xalq artisti Firəngiz Mütəllimova tərəfindən 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə tamaşaçıları təbrik ediblər, müharibə iştirakçılarına,  şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramlarını bildiriblər.
44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə ölkəmizdə çox sayda tədbirlər, mərasimlər, layihələr həyata keçirilir. Belə tədbirlərdən biri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalıdır. Noyabr ayının 3-dən 9-dək davam edən festival çərçivəsində ölkəmizin teatr və konsert müəssisələrində, habelə muzey və sərgi salonlarında qələbəmizə həsr olunmuş tamaşa, konsert və sərgilər təqdim olunacaq. Bu sırada 7, 8 və 9 noyabr tarixlərində Akademik Milli Dram Teatrında oynanılan “Baş”, Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları “Zəfər” Musiqi və Teatr Festivalı  çərçivəsində tamaşaçılara  təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see512

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see282

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see282

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see272

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see269

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see263

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see252

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see250

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see244

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see243

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see242

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see235

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see228

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see227

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see225

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see225

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see206

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see205

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see198

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri