Icma.az
close
up
RU
Milli təhlükəsizilik və kadr məsələləri ATA NƏSİHƏTİ

Milli təhlükəsizilik və kadr məsələləri ATA NƏSİHƏTİ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əfəndilər! Türk tarixinə nəzər salsaq, ta qədim dövrlərdən etibarən əlimizə çatan mənbələrdən görürük ki, hökmdarlar, el ataları xalqına, elinə, obasına və öz oğullarına Vətən, dövlət əmanəti ilə bağlı nəsihətlər ediblər. Onu da qeyd edim ki, Dədə nəsihətləri türk xalqının mənəvi vəsiyyətidir. Hətta bu, eyni ilə məişət səviyyəsində də belə olub: sadə insanlar, el ağsaqqalları öz elinə, obasına, ailələrinə, o cümlədən oğullarına müxtəlif nəsihətlər ediblər ki, bu da hər kəsə məlumdur.

Mən bu yazıda hökmdarların və müdrik insanların dövlətçilik və Vətənlə bağlı bəzi

nəsihətləri diqqətinizə çəkəcəyəm. Məsələn: "Ey Türk milləti, titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!" Türk dövlətçilik düşüncəsinin ən qədim nümunələrindən olan bu sözlərin sahibi Göytürk xaqanı Bilgə Kağandır və bu onun türk xalqına çağırışı - nəsihətidir.

Monqol imperiyasının banisi Çingiz xan oğullarına dövlətçiliyin qorunması üçün əsas əməl etməli olduqları prinsipləri - birliyin qorunmasını, daxili çəkişmələrdən uzaq durmağı, qanunlara sadiq qalmağı tövsiyə etmişdir. Onun bu nəsihətləri nəticəsində imperiya uzun müddət parçalanmadı.

Osmanlı dövlətinin qurucusu Osman Qazi oğlu Orxan Qaziyə ədalətdən ayrılmamağı, alimlərə və din adamlarına hörmət etməyi, dövləti genişləndirərkən haqqı qorumağı nəsihət etmişdir. Bu nəsihətlər Orxan Qazinin dövründə Osmanlı dövlətinin möhkəmlənməsində əsas rol oynamışdır.

Böyük sərkərdə və hökmdar Əmir Teymur oğlu Şahruxa elmi və alimləri qorumağı, şəhərləri dağıtmaq yox, abadlaşdırmağı tövsiyə etmiş və dövlətin əsasının ədalət olduğunu vurğulamışdır. Tarixdən bizə məlumdur ki, Şahruxun dövrü Teymurilərdə mədəni yüksəliş dövrü sayılır.

Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətai oğlu I Təhmasibə dövlətin qorunmasına, düşmənlərə qarşı ayıq-sayıq olmağa, daxili sabitliyi saxlamağa çağırmışdır. Təhmasib uzun müddət dövləti qorumağı bacarmışdır.

Nizami Gəncəvi oğlu Məhəmmədə "Sirlər xəzinəsi" və digər əsərlərində elm, əxlaq və zəhmətkeşlik barədə nəsihətlər etmişdir.

Eynilə türk xalqlarının dastanlarına nəzər salsaq, o cümlədən "Dədə Qorqud", "Alpamış", "Manas", "Koroğlu", "Er Tostik" dastanlarına, Boz Qurd əfsanələrinə (Göytürk), "Maaday-Kara", "Altay Buuçay" kimi əsərlərə baxsaq görərik ki, əsrlər keçməsinə baxmayaraq bu mənbələrdə bizə və bizdən gələcək nəsillərə ötürüləcək Dədə nəsihətləri yer almaqdadır.

Bütün bu sadaladığım dastanların ortaq xətti türk törəsinə sadiqlik, Vətənə sədaqət, Dədə yurda sahiblənmək, birlik, ağıl, səbr, el-oba namusu və s. kimi dəyərlərdir.

Əfəndilər!

Ən yaxın tariximizdən isə şanlı tariximizin 44 günlük şərəf tarixini yazaraq, 8 noyabr tarixində-Şuşanın işğalçılardan azad olunduğu gün ilk olaraq Ali Baş Komandan - prezident və eyni zamanda bir oğul kimi ümummilli liderin məzarını ziyarət etdi və Heydər Əliyev ruhu qarşısında baş əyərək siyasi davamçısı kimi hesabatını verməklə bərabər bir igid kimi, ata qarşısında vəsiyyətini yerinə yetirən alnıaçıq bir oğul kimi "ATA, MƏN SƏNİN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM!" dedi! Və bu əslində XXI əsrdə, əsrlərə dayanan Türk törəsinə sadiqlik nümunəsi olaraq, Dədə qarşısında verilən hesabat idi.

Bəli, Türk törəsinə sadiq və babaların nəsihətlərinə əməl edən bir sərkərdə və ata vəsiyyətini əməl edən oğul!

İndi məni dövlətimizin daima var olması və milli təhlükəsizliyi baxımından maraqlandıran və çox narahat edən başqa məsələdir.

Əfəndilər!

Çağdaş tariximizin ən yaxın səhifəsinə nəzər salsaq görərik ki, XX əsrin sonlarından etibarən sovet imperiyasına qarşı istiqlal savaşına başlayan qəhrəman xalqımız milli azadlıq hərəkatına qalxdığı zaman, o dövrdə Moskvanın müti qulları olan, Azərbaycanın müstəqilliyini istəməyən, SSRİ tərkibində kölə ruhlarına sadiq qalan adı özümüzdən olsa da, mənəviyyatı ləkəli olan qüvvələr, xalqın istiqlal hərəkatını boğmağa cəhd etdilər. Onlar xalqımızın bu Dədə ruhuna uyğun apardığı müqəddəs mübarizəyə qarşı açıq şəkildə savaş apardılar. Rus tankları Bakının küçələrində əliyalın insanlarımızı qan gölündə boğarkən belə, həmin qüvvələr bu tanklara az qala öz "ata ocaq"larından onların məkrli xislətlərinin müdafiəsi üçün gələn "xilas mələkləri" kimi rəğbət bəslədilər.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxarkən onun və ailə üzvlərinin fiziki məhvinə belə cəhd göstərənlər oldu. Sovetlər dönəmində Heydər Əliyevin hesabına "kişi" olan, sonradan isə Vətənə xəyanət edən bu şəxslər Moskvanın diktəsi ilə yenidən ona qarşı çıxdılar, parlamentdə Naxçıvandan deputat kimi iştirak edərkən ayaqlarını yerə vuraraq onu boykot etdilər, ona qarşı bütün məkrli planlarını işə saldılar. Onlar sahibləri kimi yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlsə, Azərbaycanı öz vassalıqlarında saxlaya bilməyəcəklər. Heydər Əliyev hakimiyyətə qayıtdıqda isə sahiblərinin yanına qaçanlar da az olmadı.

İndi mənə maraqlıdır və bu məsələ məni çox düşündürür. Vətənə və onun müstəqilliyinə düşmən kəsilən bu insanlar Azərbaycanın ən ağır günlərində taladıqları vəsaitlərlə ölkədən qaçaraq övladlarını dünyanın ən tanınmış ali təhsil ocaqlarında oxutdular. Dövlətimizin humanizmi, cəmiyyətimizin unutqanlığı, eyni zamanda bu gün də müstəqilliyimizi həzm edə bilməyən qara qüvvələrin dəstəyi ilə zaman-zaman həmin çevrədən olan şəxslərin müxtəlif vəzifələrə sızmaları da istisna deyil.

İndi isə bir sual ortaya çıxır: onlar da övladdırlar, onlar da öz atalarına və ata nəsihətlərinə sadiq-bağlıdırlar. Bəs zamanında Vətənə xəyanət edən, onun müstəqilliyinin əleyhinə çıxan, ümummilli lider Heydər Əliyevin qarşısını almağa çalışan həmin dədə-babalar öz övladlarına nəyi nəsihət ediblər? Dövlətə sədaqətli olmağı? Heydər Əliyev siyasətinə sadiq qalmağı? Prezident İlham Əliyevə sədaqət göstərməyi, yoxsa fürsət düşən kimi yenə xəyanət yolunu seçməyi?

Bu yazıda qədim türk tarixindəki tarixi şəxsiyyətlərin və türk dastanlarının verdiyi nəsihətlərin eyni ideya xətti üzərində formalaşdığı görünür. Bu xətt dövlətə - vətənə sədaqət, el-oba namusu, milli birliyin qorunması və gələcək nəsillər qarşısında məsuliyyət anlayışıdır. Bu ənənə müasir dövrdə də davam edir və Prezident İlham Əliyevin ata nəsihətinə sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməsi bunun bariz nümunəsidir. Bu baxımdan sual açıq qalır: dünən dövlətin, xalqın, vətənin əleyhinə olanlar bu gün öz övladlarına hansı dəyərləri miras qoyublar? Nələri nəsihət ediblər? Tarix göstərir ki, millətlərin tarixi taleyi, dövlətin dayanıqlığı, dövlətin milli təhlükəsizliyi məhz bu sualın cavabında gizlidir.

Mənə isə şəxsən atamın nəsihəti - "Dövləti qoruyun" olub!

Əfəndilər, siz nə düşünürsünüz?

ARDI VAR

Cavid İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri