Icma.az
close
up
RU
Milli medianın qlobal məsələləri KÜNCDƏN BAXIŞ

Milli medianın qlobal məsələləri KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan və bu ay 150 illik yubileyi təntənəli qedy olunacaq Azərbaycan mətbuatı hazırda öz funksiyalarını necə yerinə yetirir? Bu yazımızda bu məsələləri qısaca analiz etməyə çalışacağıq.

Bu gün Azərbaycan mediası ziddiyyətli bir dövrünü yaşayır. Klassik media cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Burada internetin inkişafı və sosial şəbəkələrin ciddi təsirini də qeyd etmək lazımdır. Sosial şəbəkə səhifələri və kanalları bu sahəyə heç bir aidiyyatları olmasa belə özlərini media kimi qələmə verirlər.

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin (ehtiyac yarandıqda həm də ekspertlərin) fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Özlərinə saxta "sosial media" adı qoymuş qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər. Ona görə də, yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik və peşəkarlıq isə hiss olunmur.

Əlbəttə, mediada peşəkar jurnalistlərin də sayı az deyil. Lakin onlar da çoxsaylı qeyri-peşəkar informasiya yayıcıları arasında itib batır. Belə halların nəticəsində jurnalistlər cəmiyyətin gözündən düşür. Oxucu hansının həqiqi media, hansının saxta media olduğunu çox vaxt aydınlaşdıra bilmir. Yəni qurunun oduna yaş da yanır.

Bütün dünyada media cəmiyyəti maarifləndirmək və obyektiv informasiya ilə təmin etməkdən ötrü fəaliyyət göstərir. Jurnalist professional peşədir və bu peşənin spesifik xüsusiyyətləri var. Jurnalist etik normaları, qanunvericiliyi, obyektivliyi, peşəkarlığı, sosial məsuliyyəti və s. humanist prinsipləri əldə rəhbər tutaraq maarifləndirici və məlumatlandırıcı fəaliyyət göstərməlidir.

Jurnalistika bir ictimai elm sahəsidir və bu sahənin də spesifik yaradıcılıq texnologiyaları var. Jurnalistin yayımladığı materialda şəxsi mövqeyi olmamalıdır. Bu gün mətbuatımızda çıxış edən kənar yazarların və bəzi jurnalistlərin isə, çox zaman konkret mövqeyi və subyektiv fikri olur. Bu konteksdən çıxış edib Azərbaycan medaisını nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, bizdə peşəkar jurnalistlər azlıq təşkil edir, subyektiv və məqsədli yazarlar isə olduqca çoxdur.

Nəticədə informasiya məkanımız çirklənir, ictimai rəy səhv yönləndirilir. Bu isə bəzən ciddi prioblemlərə gətirib çıxarır. Bu problemlərin qarşısının alınması üçün son illərdə dövlət tərəfindən çox saylı işlər həyata keçirilib. Medianın İnkişafı Agentliyi yaradılıb, Media haqda Qanun qəbul olunub, medianın və jurnalistlərin vahid reyestri yaradılıb, jurnalistlər üçün MEDİA tərəfindən çoxsaylı peşəkar təlimlər təşkil olunub, media vasitələrinə qarantlar verilir və onların vacib mövzularda materiallar hazırlaması təmin olunur, qəzetlərə, saytlara yardımlar edilir, müxtəlif tədbirlər təşkil olunur və s.

Bütün bunlar bu sahədə müəyyən bir nizam yaratsa da problem tam aradan qalxmayıb. Bu səbəbdən hesab edirik ki, bu sahədə işlər daha geniş spektrdə davam etməlidir. Azərbaycan informasiya məkanı kənar təsirlərdən qorunmalı, mediamız gücləndirilməli, ictiami rəyə təsir edən materialların obyektivliyi təmin olunmalıdır. O cümlədən, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliği medianın üzərinə əsas vəzifə kimi qoyulmalıdır. Bunun üçün peşəkar medianın həm dövlətdən, həm cəmiyyətdən dəstəyə ehtiyacı var.

Dövlət ciddi və peşəkar mediaya ona görə dəstək verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Cəmiyyət isə peşəkar mediaya etibar etməli, siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oradan oxumalıdır.

Bundan sonra peşəkar media satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcək. Sağlam rəqabət mühiti yaranacaq. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media obyektiv və peşəkardır, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

20 gün sonra Azərbaycan mediası 150 yaşını qeyd edəcək. Şübhə yoxdur ki, bu yubiley münasibətilə mediamızın inkişafı üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri