Icma.az
close
up
RU
Asif Ata Hegelçiliyin milli improvizasiyası

Asif Ata Hegelçiliyin milli improvizasiyası

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Əfsuslar olsun ki, cəmiyyətimizdə fəlsəfə haqqında təsəvvürlər təxminən, "görəsən dünyayə nöş gəlib insan?” sualı ətrafında dövr edir. Bəzi fəlsəfəçilərimiz, hətta xeyli irəli gedərək, özünü "filosof” adlandıranlarımız da nədənsə fəlsəfənin bu cür qeyri-ciddi söhbətlərdən, ritorik suallardan ibarət olduğunu sanırlar. İnsanın "dünyaya nöş gəlməsi” isə fəlsəfə tarixində araşdırılan minlərlə sualdan bəlkə də ən primitividir. 

Azərbaycanda filosof yetişməsə də fəlsəfəçilər olub və  var. Filosof kimlərə deyilir? 

Fəlsəfə tarixində yeni bir nəzəriyyənin və ya təlimin əsasını qoyan, yaxud ilk dəfə hansısa ciddi fəlsəfi problemi qaldıran ya da mühüm fəlsəfi problemi həll edən bilginə filosof deyilir. Bu mənada, yeni təlim yaratdıqlarına görə peyğəmbərlər də haradasa, öz dövrünün filosofu sayılıblar. Əlbəttə, bu yerdə "fəlsəfə nədir” sualı da ortaya çıxır və cavab istəyir. Bu suallar və cavablar üzərində ətraflı təhlilə başlamaq üçünsə bizə geniş zaman və ortam lazımdır. 

Qısaca onu deyək ki,  fəlsəfə ümumi anlamda düşüncə sənətidir. Qədim dövrlərdə düşüncə sənəti "müdriklik elmi” də adlanırdı. 

Fəlsəfə tarixində ilk filosof kimi qəbul edilən Falesdən tutmuş, müasirimiz Devid Çalmersə qədər nəhəng fikir adamları yaşamış və öz fəlsəfi məktəblərini yaratmışlar. Azərbaycanda fəlsəfi məktəb yaradan yeganə filosof Asif Ata hesab olunur. Asif Atanın fəlsəfəsi "Mütləqə inam” adı ilə tanınır. 

Asif Ata olduqca təzadlı və mücərrəd düşüncəli bir şəxsdir. Fəlsəfəsinin məhək daşı olan bir sıra məqalələrini tələbə ikən oxumuşam. Atanı mütaliə edərkən mənə elə gəlmişdi ki, "Mütləqə inam” ocağı hansısa yarıdini, yarıdünyəvi bir sekta, ocağın başçısı Asif Ata isə yarıpeyğəmbər, yarışair bir ruhanidir. Ata fəlsəfəsinin ictimai-sosioloji istiqaməti mənə hürufiliklə bəhailiyin sintezi, epistemoloji görüşləri isə Şərq Hegelçiliyi kimi görünmüşdü. 

Asif Atanın düşüncələrində alman filosofu Hegelin izləri aydın görünür. Amma Hegeldən fərqli olaraq, Ata öz ideyalarını sistemli, konseptuallaşmış formada deyil, şairanə intonasiya ilə, hətta populist şüarlarla təqdim edir. 

Asif Atanın yaradıcılıq üslubu vəhylər formasındadır. 

Məsələn, "İnsan günahkarlığı” essesində deyir: 

"Hərislik bataqlığı,

Əsirlik bataqlığı,

Vəhşilik bataqlığı,

Dişilik bataqlığı,

Erkəklik bataqlığı,

Əyrilik bataqlığı,

Qəbahətə tapınmaq, Ülviyyəti yanıltmaq.

Xalisi atıb, naqisi tutmaq”. 

Gəlin baxaq, bu hissədən nə başa düşürük? 

"Qəbahətə tapınmaq” nə deməkdir? –aydın deyil.  "Ülviyyəti yanıltmaq” hansı mənanı verir? - bilinmir. "Vəhşilik bataqlığı” haradır? ya da Erkəklik, dişilik niyə bataqlıq olsun ki? və ilaxır. 

Asif Ata semit dinləri, eləcə də onların gətirdiyi anlayışları qəbul etmirdi. Lakin buna baxmayaraq, öz yazılarında bol-bol "günah, savab, iblis, şeytan” kimi dini ifadələr işlətməkdən də çəkinmir. 

Ümumilikdə, Atanın fəlsəfəsi mücərrəd və qarışıq təsir bağışlayır.  

Nobel ödüllü filosof Bertran Rassel dünya fəlsəfi fikrini yerindən oynatmış Nitsşeni filosof saymırdı, onun haqqında "Nitsşe maraqlı şairdir” deyirdi. Çünki Nitsşe öz  əsərlərində fəlsəfi dil və qanunların tələblərindən kənara çıxır, bədii üsluba daha çox meyil edirdi. 

Bənzər situasiyanı (bədiilik, obrazlı-poetik dil) Asif Atada da görürük.  

Deyildiyi kimi Asif Ata fəlsəfəsi "mütləqə inam” ideyası üzərində qurulub. Ataya görə "mütləq” mahiyyətcə, nə yaradıcı, nə mənəvi, nə də maddidir. 

Sual: O zaman "mütləq” nədir? 

Cavab: mütləq - insanlaşmadır, insanlaşdırmadır. 

Açığı, bu cavab məni qane etmir. 

Bəlkə Ata bu mücərrəd, dərkolunmaz "mütləq”dən danışarkən, mütləq ruhu nəzərdə tutur? Əgər söhbət mütləq ruhdan gedirsə, onda yol bizi mütləq idealizmin banisi Hegelə tərəf aparır. 

Mütləq ruh (almanca: der absolyut Geist) Hegelin fəlsəfi sistemində ən ali kateqoriya olub, mütləq ideyanın inkişaf etmiş ən üst formasıdır. Hegelə görə mütləq ideya  mövcud olan yeganə həqiqi reallıqdır.  O, bütün ətraf aləmin, onun obyekt və hadisələrinin əsas səbəbi, həmçinin, özünüdərk və yaratmaq qabiliyyəti olan dünya ruhudur. 

Yeri gəlmişkən, Hegelin ruh fəlsəfəsi üç kateqoriyaya ayrılır: subyektiv ruh, obyektiv ruh və mütləq ruh. Subyektiv ruh - fərdi insan şüurudur. 

Obyektiv ruh – fərdi şüurun inkişafında, özünüdərk prosesində üzə çıxan müstəqil mərhələdir. Belə deyək: obyektiv ruh müstəqil mənası və məzmunu olan xüsusi bir sferadır. Obyektiv ruh səviyyəsində dövlət və ailə institutu, vətəndaş cəmiyyəti, həmçinin, vicdan fəlsəfəsi problemləri başlayır.

Qısası, Hegelin mütləq ideya konsepsiyasında hər şey nəzəri şəkildə, kateqorik sistemlə izah edilib. 

Asif Atada isə bu elmilik, daha doğrusu, konseptuallıq, dəqiqlik yoxdur. 

Məsələn, Ata öz yazılarından birində "dünyada indiyədək insani cəmiyyət qurulmayıb, bu cəmiyyəti yalnız mütləqlilər qura bilər” iddiasını irəli sürür. Əcəba, "insani cəmiyyət” dedikdə, hansı birgəyaşayış forması nəzərdə tutulur? Axı cəmiyyət zatən, insanidir, primatları çıxmaq şərtilə, heyvan cəmiyyətləri onsuz da mövcud deyil.  İkincisi də tutaq ki, "insani cəmiyyət” anlayışı ilə razılaşdıq. Yaxşı, bəs bu "insani cəmiyyət” hansı model əsasında qurulacaq? Mütləqə inam fəlsəfəsi bunun üçün hansı nəzəri sistemi və praktik mexanizmləri təklif edir? Sözügedən cəmiyyətdə dövlət - vətəndaş, fərd -cəmiyyət, dövlət - cəmiyyət münasibətləri hansı prinsiplər əsasında tənzimlənəcək? "İnsani cəmiyyət”in siyasi istiqaməti necə olacaq? - Liberalist, avtokratik, aristokratik, demokratik, oxlokratik, yoxsa teokratik? 

İqtisadi modeli hansı sistem əsasında qurulacaq? – kapitalist, sosialist, monopolist, yoxsa azad bazar iqtisadiyyatı? 

Bəs "insani cəmiyyət”in üzvü olan "kamil insan” modeli hansı tələblərə cavab verməlidir? 

Kamillik və cahillik dərəcəsi necə ölçüləcək? 

"İnsani cəmiyyət” modelində "mütləq”ə inanmayanların, dolayısı ilə ocaq rəhbərinin "əlini öpməyənlər”in aqibəti necə olacaq? 

Təəssüflər olsun ki, Asif Ata fəlsəfəsində bu suallar  cavabsız qalır.  

Bütün bunlarla yanaşı, fikrimcə, Asif Atanın görkəmli ədəbi tənqidçi, idealist fəlsəfəçi və milli özünüdərk carçısı kimi böyük şəxsiyyət olması şübhəsizdir. 

Şəlalə Göytürk Niaqara 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri