Icma.az
close
up
RU
Milli təhsil brendimiz 96 yaşında!

Milli təhsil brendimiz 96 yaşında!

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dünyada UNEC brendi ilə tanınan Azərbaycan Dövlət İqtisad Universiteti özünün 96 illik yubileyini böyük qürur və təntənə ilə qeyd edir. Bu əlamətdar tarixi sadəcə bir ali təhsil müəssisəsinin ad günü kimi xarakterizə etmək doğru olmazdı. Çünki UNEC-in keçdiyi yol həm də Azərbaycanın iqtisadi təhsil tarixinin mühüm bir mərhələsini, ölkənin iqtisadi inkişafının təmin edilməsində və dayanıqlı insan kapitalının formalaşmasında oynadığı misilsiz rolu ifadə edir.

Modern.az bildirir ki, əsası 1930-cu ildə qoyulan bu nəhəng elm ocağı əsrə yaxın müdrikliklə gəncliyin enerjisini uğurla birləşdirir. Universitet hər gün elmi potensialını gücləndirərək qarşısına qoyduğu böyük hədəflərə doğru inamla irəliləyir. Rektor, professor Ədalət Muradovun da vurğuladığı kimi, Azərbaycan Dövlət İqtisad Universiteti qədər zəngin və keşməkeşli tarixi olan ikinci bir ali təhsil müəssisəsinə rast gəlmək çətindir. Çünki Azərbaycanda ali təhsilli iqtisadçı kadrların yetişdirilməsinə hələ ötən əsrin 20-ci illərindən başlanılıb və UNEC bu missiyanı qlobal səviyyəyə qaldırmağı bacarıb. Hazırda UNEC brendi təkcə ölkəmizdə deyil, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiya kimi bir çox Avropa dövlətlərində də rəsmi olaraq qeydiyyatdan keçib. 

Təhsil ocağının ölkənin idarəetmə və biznes elitasının formalaşmasındakı çəkisi olduqca böyükdür. Universitetin yetişdirdiyi kadr bankı bu gün dövlət aparatında rəhbər vəzifələrdə təmsil olunurlar. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici işlər naziri Ceyhun Bayramov, Baş Nazirin müavini Şahin Mustafayev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, eləcə də millət vəkilləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Əli Məsimli və Eldar Quliyev kimi dövlət xadimləri məhz UNEC məzunlarıdır.

Universitetin keçdiyi inkişaf yolunu dəyərləndirən ali təhsil müəssisəsinin keçmiş tələbəsi, millət vəkili Vüqar Bayramov saytımıza bildirib ki, UNEC Azərbaycan təhsil sistemində özünəməxsus mövqeyi və dəsti-xətti olan lider ali məktəblərdəndir. Onun sözlərinə görə, xüsusilə son illərdə aparılan köklü islahatlar universitetin həm ölkə daxilindəki nüfuzunu, həm də beynəlxalq mövqeyini birmənalı olaraq yüksəldib: 

"Təhsilin keyfiyyətinin artırılması, müəllim və tələbə münasibətlərində müasir standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi UNEC-i fərqləndirən əsas cəhətlərdəndir. Universitet son on ildə fərqli bir inkişaf mərhələsinə qədəm qoyub. Beləcə də beynəlxalq reytinqlərdə öz mövqeyini daha da gücləndirəcək. UNEC-in rektoru professor Ədalət Muradov başda olmaqla bütün kollektivi təbrik edirəm". 

Təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli isə qeyd edir ki, bu ali təhsil müəssisəsinin fundamental biliklərlə yanaşı tələbələrə dövlət idarəçiliyinə uyğun sistemli təfəkkür aşılaması idarəetmə aparatında UNEC məzunlarının payını artırıb. Universitetin ali təhsil məkanında beynəlxalq ikili diplom proqramlarını və xarici dillərdə təhsili ən geniş tətbiq edən qurum olduğunu deyən ekspert, innovativ ekosistemin proseslərə cəsarətlə inteqrasiya edildiyini bildirir. 

"Universitetdə qurulan elektron idarəetmə sistemləri və daxili keyfiyyət təminatı digər ali məktəblər üçün də bir meyar rolunu oynayır. Çünki bu gün UNEC elektron universitet modeli kağız üzərində deyil, reallıqda işləyən bir strukturdur. Universitet artıq sadəcə dərs deyilən yox, daxili resurslarla elmi məqalələrin stimullaşdırıldığı, iqtisadi modellərin işlənildiyi və regional liderliyini sübut edən nəhəng bir tədqiqat mərkəzidir. Milli təhsilimizin brendinə çevrilən UNEC, rəqəmsal iqtisadiyyata keçiddə və intellektual kapitalın artırılmasında bundan sonra da dövlətimizə böyük töhfələr verməkdə davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, universitetin son illərdə qazandığı qlobal uğurlar onun rəqabət qabiliyyətini aydın göstərir. UNEC nüfuzlu qlobal qiymətləndirmə mexanizmlərindən sayılan "QS World University Rankings 2026" siyahısında böyük bir sıçrayış edərək 634-cü yerə qədər irəliləyib. Akademik nüfuz, işəgötürənlərin rəyi, beynəlxalq əməkdaşlıq və elmi məhsuldarlıq kimi ciddi meyarlar əsasında formalaşan bu reytinqdə ilk minliyə daxil olmaq universitetin xarici tələbələr və tərəfdaşlar üçün cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, universitet "Round University Rankings" siyahısında da yüzlərlə xarici ali məktəbi geridə qoyaraq 898-ci sırada qərarlaşıb. Bu göstəricilər sübüt edir ki, UNEC artıq sadəcə iqtisadiyyat üzrə ixtisaslaşmış bir məkan deyil, bütövlükdə tədqiqat yönümlü, rəqəmsal və modern bir ali təhsil modelidir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri