Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “Çapanda ağ boz atın büdrəməsin” sərgisi açılıb

Milli Xalça Muzeyində “Çapanda ağ boz atın büdrəməsin” sərgisi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bu gün Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunan “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunur.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan xalqının etnomədəni dəyərlər sistemində, folklorunda və mifologiyasında at kultunun xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, sərgi Azərbaycan və ümumilikdə türk hərb ənənəsində döyüş atının roluna həsr olunub. Əsrlər boyu orduların əsas dayaqlarından olan atlar sürət və güc rəmzinə çevrilib. Türk süvarilərinin döyüş taktikaları, atlı oxçuluq ənənəsi və azadlıq ruhu tarixin gedişinə təsir göstərib.

S.Yusifova döyüşçü qəbirləri üzərində ucaldılmış XIV–XVI əsrlərə aid at formalı qəbirdaşlarının da bu heyvanın yalnız döyüş vasitəsi deyil, həm də azadlığın, qüdrətin və müqəddəsliyin rəmzi olduğunu göstərdiyini vurğulayıb.

“Tarixdən gələn dözümlülük, çeviklik və sarsılmaz iradə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin mənəvi dayaqlarından birinə çevrildi”, – deyə nazir müavini əlavə edib.

O, sərginin bir il ərzində aparılmış nəzəri və praktiki araşdırmaların, təlimlərin, böyük zəhmətin nəticəsi olduğunu bildirərək, ekspozisiyanın və kataloqun hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu atların əsrlər boyu insanın yanında olduğunu, onun yoldaşına çevrildiyini və müharibələrdə mühüm rol oynadığını qeyd edib.

“Bu gün insanlar “Mercedes-Benz” və “Bentley” kimi markalara sahib olmaqla fəxr edirlər. Keçmişdə isə insanın nüfuzu onun atının cinsi və keyfiyyəti ilə ölçülürdü. At insanın ən yaxın köməkçilərindən biri olub. Buna görə də bu gün atlara böyük hörmətlə yanaşırıq”, – deyə o bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova sərginin birillik araşdırmaların və gərgin əməyin nəticəsi olduğunu deyib. O, ekspozisiyada Azərbaycan təsviri sənətində at obrazının müxtəlif dövrlərdəki təcəssümünün əks olunduğunu vurğulayıb.

ADMİU-nun fəxri professoru, Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kuru sərginin atın türk xalqlarının tarixində və mədəniyyətindəki rolunu nümayiş etdirmək baxımından əhəmiyyətini qeyd edib. O, alim və sənətkarların maraqlı mövzular təqdim etdiyini vurğulayıb, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb.

Çıxışlardan sonra rəssam Naqiyə Rzayevanın qum sənəti üslubunda hazırladığı “Laçın: döyüş atı” kompozisiyası nümayiş etdirilib.

Qeyd edək ki, bu istiqamətdə ilk sərgi 2025-ci ildə döyüş silahları mövzusuna həsr olunub və uğurla keçirilib.

Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsəri nümayiş olunur. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapıb.

Layihənin məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarla təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi kimi deyil, insanın sirdaşı, yol bələdçisi və xilaskarı, eləcə də əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunur.

Sərgi çərçivəsində kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları da təqdim edilir. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdiyi silahlar, həmçinin Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların replikaları yer alır. Kolleksiyada zülfüqar qılıncının və şaşkanın ənənəvi üsullarla hazırlanmış nümunələri, eləcə də döyüş atı mövzusunda süjetlərlə bəzədilmiş ənənəvi formalı sandıq da var.

Sərginin kataloqu Türkiyənin tərəfdaş “Thereplika” nəşriyyatı tərəfindən hazırlanıb.

Sərgi noyabrın 15-dək davam edəcək.

Müxbir - Günel Alıyeva

Foto - Xanlar Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri