Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib

Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Arts Council Azerbaijan” və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “European Crafts Alliance” və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə reallaşan layihənin müəllifi Sona Quliyevadır.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid bədii, tarixi, elmi əhəmiyyət kəsb etməyən, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində peşəkar rəssamların müxtəlif janrlarda çəkdiyi 30-dan artıq rəsm nümayiş olunur.

“Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Təsviri sənət nümunələrində Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib. Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir”,- deyə Ə.Məlikova əlavə edib.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihənin məqsədindən söhbət açıb. O, diqqətə çatdırıb ki, Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqi əsas məsələdir. D.Məmmədov qeyd edib ki, qarşıya qoyulan əsas hədəf yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın xalça sənətini dünyada daha geniş tanıtmaqdır.

Milli Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin müdiri Təranə Əliyeva sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu sərgidə iştirakım mənim üçün çox maraqlı və yaddaqalan təcrübə oldu. İlk dəfə olaraq, xalça üzərində rəsm əsəri işlədim. Əsərimdə milli zinət əşyalarımızdan biri olan piyalənzəng təsvir olunub. Bu sırğa növü xalqımızın qədim və zəngin mədəniyyətini əks etdirən unikal bəzək əşyalarındandır”.

Kətandan fərqli olaraq, xalça üzərində işləməyin çətin və fərqli bir proses olduğunu vurğulayan T.Əliyeva deyib: “Mən akril boyalardan istifadə etməklə xalçaya heç bir ziyan vurmadan əsərimi ərsəyə gətirdim. Xalçanın bəzi ornamnetlərini saxlayaraq kompozisiyamı qurmağa çalışdım. Qeyd edim ki, biz əsasən restavrasiyaya yararsız xalçalar üzərində işləyirdik və bu xalçaların rəng baxımından daha əlverişli hissələrini qorumağa xüsusi diqqət yetirmişik”.

Tədbirin bədii hissəsində “Muğam” Televiziya Müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva səhnədə ifası ilə yer alıb. Onu tar və kamançada Rüstəm Müslümov və Elnur Salahov, balabanda Rəfail Əsgərov, nağarada isə Səyyar Teymurov müşayiət ediblər.

Həmçinin Respublika Uşaq-Gənclər və İnkişaf Mərkəzinin “Qavaldaş” qrupu da musiqi nömrəsini təqdim edib. Sərgi aprelin 27-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri