Icma.az
close
up
RU
Milli yaddaşımızın ilmələri, kəlağayımızın zərifliyi

Milli yaddaşımızın ilmələri, kəlağayımızın zərifliyi

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Minilliklərin aydan arı, sudan duru yaddaş boğçasında əriş-arğac olan, ilmə-ilmə toxunan, düyün-düyün bağlanan, nənələrimizin yaddaşında pöhrələnib çiçək açan gül ətirli, əlvan naxışlı xalça və xalçalarımızı ərsəyə gətirən, onu dünəndən bu günə, bu gündən sabaha daşıyan qızıl əllərin yaratdığı sənət inciləri çoxdan dünyanın heyrətinə səbəb olub. Təbriz, Qarabağ, Qazax, Quba, Borçalı xalça məktəbləri öz zənginliyi, rəng ahəngi və bənzərsiz naxışları ilə xalqımızın estetik zövqünü, dünyagörüşünü və həyat fəlsəfəsini yaşadan mənəvi sərvətlərdir.

Bu fikirlər “Mirvarid Dilbazi Poeziya Məclisinin” sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlının “Milli yaddaşımızın ilmələri, kəlağayımızın zərifliyi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Bu xalçalar sadəcə məişət əşyası deyil, xalqın yaddaşı, tarixi salnaməsi, sevinc və kədərinin rənglərə köçürülmüş ifadəsidir.

Bəs təkcə xalçalarmı?

Milli geyimlərimiz, zərif tikmələrimiz, naxışlı corablarımız, önlüklərimiz, qırçınlı və büzməli köynəklərimiz, qat-qat ətəklərimiz, qədim sənət nümunələrimiz də xalqımızın ruhunu yaşadan əvəzsiz irs nümunələridir. Bu sərvətlər arasında isə xüsusi bir yer var – Azərbaycan qadınının ləyaqət və gözəllik rəmzinə çevrilmiş ipək kəlağayının.

Kəlağayı əsrlər boyu Azərbaycan qadınının baş tacı olub. Barama sapından hazırlanan saf ipəyin üzərinə ustad sənətkarların həkk etdiyi naxışlar təkcə bəzək elementi deyil, həm də xalqımızın düşüncə tərzinin, estetik dünyasının ifadəsidir. Butalar, çiçək naxışları, həndəsi ornamentlər və rəng çalarları özündə dərin məna daşıyır, qədim dövrlərdən gələn mədəni kodları yaşadır.

Nənələrimiz kəlağayını sadəcə örtük kimi deyil, namus, ismət, ailə dəyərləri və qadın müdrikliyinin rəmzi kimi qoruyub saxlayıblar. El şənliklərində, toy-düyünlərdə, bayramlarda, gündəlik həyatda kəlağayı qadının gözəlliyini tamamlayan ən zərif aksesuar olmaqla yanaşı, milli mənsubiyyətimizin də göstəricisi olub.

Azərbaycanın qədim ipəkçilik ənənələrinin bəhrəsi olan kəlağayı sənəti zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çatıb. Xüsusilə Basqal və Şəki ustalarının yaratdığı kəlağayılar öz incəliyi və bənzərsizliyi ilə seçilib. Bu sənətin beynəlxalq səviyyədə tanınması da təsadüfi deyil. Azərbaycan kəlağayısı ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu hadisə milli mədəniyyətimizin dünya miqyasında tanınmasının mühüm göstəricilərindən biri oldu.

Bu gün kəlağayımızı yaşadan insanlar da xalqımıza xidmət edən əsl mədəniyyət daşıyıcılarıdır. Kəlağayı muzeylərinin yaradılması, festivalların keçirilməsi, sərgilərin təşkili və gənc nəslin bu sənətə marağının artırılması milli irsimizin qorunmasına xidmət edir. Çünki keçmişini yaşatmayan xalq gələcəyini də tam qura bilməz.

Analar bu sənəti nənələrdən öyrənib, qız-gəlinlər analardan öyrənib və beləliklə, sənət abidələrimiz nəsildən-nəslə ötürülərək yaşadılıb. Təəssüf ki, zaman-zaman bəzi çeşidlər, bəzi nümunələr unudulub. Lakin xalqımız öz kökünə, tarixinə və milli dəyərlərinə bağlı qaldıqca bu sənət inciləri yenidən çiçəklənəcək, bar verəcək, yeni nəslin yaddaşında yaşayacaqdır.

Əl əməyi, göz nuru ilə ərsəyə gələn bu sənət nümunələrini yaradanlara, yaşadanlara və gələcəyə daşıyanlara minnətdar olmaq hər birimizin mənəvi borcudur. Boynumuza gül biçən, başımıza kəlağayı bağlayan, əynimizə nənələrimizin abır-həya mücəssəməsi olan milli geyimləri yaraşdıran əllər də, o əllərə yol göstərən zəkalar da var olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri