Icma.az
close
up
RU
Millilik və dünyəvilik təhsildə necə uzlaşdırılmalıdır? Professordan AÇIQLAMA

Millilik və dünyəvilik təhsildə necə uzlaşdırılmalıdır? Professordan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Millilik və dünyəviliyin ümumtəhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirilməsini strateji əhəmiyyət daşıyan və zamanın tələblərinə cavab verən qərar hesab edirəm. Müasir təhsil sistemi yalnız bilik ötürən mexanizm deyil, həm də milli kimliyi formalaşdıran, vətəndaş məsuliyyəti yaradan və qlobal çağırışlara uyğun düşüncə tərzi inkişaf etdirən sosial institutdur. Bu baxımdan millilik və dünyəvilik bir-birini istisna edən deyil, tamamlayan anlayışlardır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi.

Onun fikrincə, dünyəvi ümumi təhsil sisteminin inkişafı üçün ilk növbədə elmi əsaslara söykənən, tənqidi təfəkkürü, analitik düşüncəni və yaradıcı yanaşmanı təşviq edən təhsil mühiti formalaşdırılmalıdır:

"Tədris proqramları müasir elmi nailiyyətlər, rəqəmsal transformasiya və süni intellekt dövrünün tələbləri nəzərə alınmaqla davamlı yenilənməli, müəllim hazırlığında innovativ pedaqoji yanaşmalar prioritet olmalıdır. Bununla yanaşı, ana  dilimizin, ədəbiyyatımızın, tariximizin və mədəni irsimizin tədrisi daha dərin məzmunda təqdim edilməli, şagirdlərdə milli kimlik hissi ilə yanaşı, fərqli mədəniyyətlərə hörmət, multikultural dəyərlər və qlobal vətəndaşlıq anlayışı da formalaşdırılmalıdır".

V.Ağabəyli hesab edir ki, dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşmaq deyil, onları müasir elmi düşüncə ilə uzlaşdırmaqdır:

"Güclü təhsil modeli məhz milli köklərinə bağlı, lakin dünyaya açıq, yüksək intellektual potensiala, rəqabətqabiliyyətli bilik və bacarıqlara malik şəxsiyyətlərin yetişdirilməsinə xidmət etməlidir. Məhz belə bir yanaşma Azərbaycanın gələcək inkişaf strategiyasına və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri