Icma.az
close
up
RU
Millimiz III MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq FOTO

Millimiz III MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq FOTO

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ilk dəfə keçiriləcək MDB Oyunlarında boks yarışlarına sentyabrın 29-da start veriləcək.

Apasport.az xəbər verir ki, oktyabrın 5-də başa çatacaq mübarizəyə milli komandamız 37 idmançı ilə qatılacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov sayca III Oyunlarda 2 heyətə güvənəcək. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda rinqə Qardaş Rəhimov, Əli Ruşanov (hər ikisi 46 kq), Əli Əliyev, Həsən Sahratlı (hər ikisi 48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (hər ikisi 50 kq), Əli Abaslı, Hüseyn Quliyev (hər ikisi 52 kq), İbrahim Bədəlli, Sadiq Musayev (hər ikisi 54 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Şahin Aslanov, Toğrul Quliyev (hər ikisi 60 kq), Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (hər ikisi 63 kq), Dəniz Rüstəmov, Nurlan Süleymanov (hər ikisi 66 kq), Adil Zalov, Hidayət Məmmədov (hər ikisi 70 kq), Şükar Əliyev, Nicat İmanov (hər ikisi 75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (hər ikisi 80 kq), Səfdər Məmmədzadə və İbrahim Nağıyev (hər ikisi +80 kq) rinqə çıxacaqlar.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevlə məşqçi Elnur Piriyev isə MDB Oyunlarında Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (hər ikisi 50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Azərpur Mirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcəklər.

Yarışda 8 ölkənin – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu gücünü yoxlayacaq. Qız idmançıların final görüşü oktybarın 4-də, oğlanların həlledici döyüşləri ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi Anar Babanlı olacaq.

Alfonso Dominqes dünya çempionatında yarımfinalında Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri