Millimizdə Lixtenşteynlə oyun öncəsi ciddi itki
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə sabah keçiriləcək oyundan öncə yığmanın heyətindəki zədəli futbolçuların vəziyyətinə aydınlıq gətirib.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis Litva ilə oyundan sonra bir neçə futbolçuda xırda zədələrin olduğunu bildirib:
"Litva ilə oyundan sonra bir neçə futbolçumuzda xırda zədələr oldu. Ümid edirəm ki, bu gün məşqdə hamısı hazır olacaq. Amma Renat Dadaşovu itirmişik. Məlum oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək. Digər futbolçularda da kiçik zədələr var. Amma oynaya bilməyəcək qədər ciddi deyil. Hamı meydana çıxmaq istəyir. Bu da bizi sevindirir".
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:12
Bu xəbər 30 Sentyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















