Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Millinin nəticələri ümumi futbolumuzun mənzərəsidir” MÜSAHİBƏ

“Millinin nəticələri ümumi futbolumuzun mənzərəsidir” MÜSAHİBƏ

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin “FutbolPress“ə müsahibəsi:

“Niyəsə çoxu düşünür ki, “Qəbələ”dən incik ayrılmışam və ya məni istefaya göndərib yola salıblar”

– Sizinlə ilk müsahibəmdir. Əvvəlcə məşqçilik yolunuzun hardan başladığını öyrənim…
– 2014-cü ildə “Neftçi”nin U-19 komandasından başlamışam. Futbolçu karyeramı bitirən kimi məşqçiliyə başladım, buna görə ilk addımlar ağır gedirdi. Çünki futbolçu və məşqçi tam ayrı spesifikaları olan sahələrdir. Oxuduqca, təkmilləşdikcə öyrənməyə başlayırsan. “Neftçi”dən sonra, 2016-cı ildə “Qəbələ”nin akademiyasına qoşuldum. U-19-da köməkçi məşqçi kimi başladım. Sonra əvəzedici komandada köməkçi, sonra baş məşqçi olmuşam və sonra əsas komandaya keçdim. 7 il “Qəbələ”nin strukturunda olmuşam.

– “Qəbələ”dən incik ayrılmadığınızı düşünənlər var…
– Niyəsə çoxu düşünür ki, “Qəbələ”dən incik ayrılmışam və ya məni istefaya göndərib yola salıblar. Ordan öz qərarımla ayrıldım. Düşünürdüm ki, komandaya əlavə güc, rəng lazımdır. “Qəbələ” ilə yaxşı, uğurlu mövsümlər keçirmişdik. Ortaya yaxşı iş qoymuşduq, amma düşünürdüm ki, komandaya məşqçi baxımından yeni nəfəs lazımdır. Rəhbərlikdən xahiş etdim, incik ayrılmadığımı bildilər. Dedim, gedişim komandaya kömək edəcəksə, bundan istifadə edək.

– “Qəbələ”dəki son dönəmlərinizdə istədiyiniz futbolçuları almaqda problemlər olurdumu?
– Bu tip komandalarda çətinlik hər zaman olacaq.

– Bu çətinlik sizdə narazılıq yaradırdımı, işinizə maneə törədirdimi?
– Necə deyim… Heç vaxt bir mövsümlük komanda istəməmişəm. Daha çox 2-3 ilin komandasını formalaşdırmaq ağlımdan keçib. Mənə təsir edən o oldu ki, kubokdan sonra çox sayda oyunçu komandanı tərk etdi. Mən də ümidli idim ki, əsas oyunçular qalacaq. Amma gedənlər çox oldu və bu səbəbdən sıxıntı yaşadıq. Amma bunlar bilərək olmadı, zəruri idi.

“Neftçi”ni götürsəm, alındıracam deyə bir şey yoxdur”

– Bəs “Araz Naxçıvan”a gəlişin tarixçəsi?
– “Qəbələ”yə hər zaman minnətdaram. Məşqçilik karyeramda xüsusi rol oynayıb. Orda mənə üvənib, dəstək olublar. Bu yerə gəlməyimdə “Qəbələ”nin danılmaz əməyi olub. Ordan ayrıldıqdan sonra iki ay boş qaldım. Düşündüm ki, bir az istirahət edim. Sonra “Araz-Naxçıvan” dəvət göndərdi, danışdıqdan və klubun iddiasını biləndən sonra qərar gəldim ki, özümü burda sınayım.

– Bu sualı sonra verəcəkdim. İndi yerinə düşdü. Özünüzü Azərbaycanın top klublarında görürsünüzmü? Məsələn, “Neftçi” kimi bir komandanı götürüb, idarə etmək iddiası kimi…
– “Neftçi”ni götürsəm, alındıracam deyə bir şey yoxdur. Müasir futbol tələb edir ki, inam və güvən olsun. Nəticə üçün hər şeyi tək məşqçi etmir. Sinxron anlaşma olarsa, hədəfə doğru irəliləmək olar. “Qəbələ”də olanda da A kateqoriyasına sahib idim və düşünürdüm ki, məşqçiliyin sirrlərini bilirəm. Lakin Pro kateqoriyası kurslarına qatılanda necə inkişaf etdiyimi gördüm. Məşqçilər kursunda olan Təhsil proqramının rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimova təşəkkür edirəm (AFFA məşqçilər kursu). Futbol yerində dayanmır, biz məşqçilər də irəliləməli, inkişaf etdirməliyik.

– İnam məsələsindən danışmışdınız. Mövsümün əvvəlində kluba yaxın olan Zaur Axundov haqqınızda, “nəticələr olmazsa, 2 aya göndəriləcək” fikirləri səsləndirmişdi. Bu, sizə necə təsir etdi?
– Məşqçi həmişə təsir altında olmalıdır. Təsirsiz inkişaf yoxdur. Zaur müəllimin nə dediyini mən də bilirdim. O, başqa formada öz sözünü çatdırmaq istəmişdi. Dediyi yazılan kimi deyildi.

– Axundovun müdaxiləni sevdiyi haqda düşüncələr var.
– Klubda işimə heç kim qarışmır. O açıqlamanın təqdim edilməsi doğru olmamışdı. Onda mən də məşqçi kimi deyə bilərəm ki, 6-7 oyun uduzan məşqçi nə üçün bir yerdə qalmalıdır? Nəticə yoxdursa, bu, kluba da, məşqçiyə də təsir edə bilər. Ona görə o açıqlamanı normal qəbul etdim.

– Mövsümün əvvəlində proqnozlarda komandanın autsayder olacağı deyilirdi, amma dövrəni ikinci sırada bitirdiniz. Bunun sirri nədədir?
– Futbolda sirr yoxdur. Tək məşqçi ilə iş düzəlmir.

“Özümə yox, komandaya qarşı diqqətin az olduğunu hiss edirəm”

– Sinxron məsələsi?
– Bəli, məşqçilər, futbolçular, idarəçilər, klubdakı hər kəs bir olmalıdır. Şükürlər olsun, yaxşı kollektiv formalaşdırmışıq. Futbolçular özlərinə inanır və nəticəyə acdırlar. Ümumi bu komandanı formalaşdıranda da düşünürdüm ki, bu oyunçulara sahib olsaq, ortaya iş qoymaq olar.

– Qışda hansı əməliyyatlar olacaq?
– Hücumameyilli oyunçular istəyirəm. Çox yox, bir-iki futbolçu.

– Subyektiv fikrimdir, sanki sizin potensialınıza uyğun dəyərləndirmə yoxdur. Elə məşqçilər var ki, çox gündəmdədir və özü də bunu istəyir. Siz isə göstərdiyiniz performans və potensialınıza uyğun müzakirə olunmursunuz…
– Özümə yox, komandaya qarşı diqqətin az olduğunu hiss edirəm. İndiki futbol o durumdadır ki, bütün komandalar aşağı-yuxarı eynidir. “Qarabağ”ı çıxmalıyıq, onlar Azərbaycan çempionatından üstündür. Komandama qarşı tənqidi normal qarşılayıram. Amma həqiqət var, bunları bəzi maraqlara görə etmək olmaz. İstəmirəm ki, məni gündəmdə saxlayıb, tərifləsinlər. İstədiyim odur ki, komandam öndə olsun. Yenə də nə deyim, ümid edirəm ki, hər şeyə geniş rakursdan baxıb qiymət verilər.

– Milli komanda haqda danışaq?
– Millidən danışmaq hər yerli məşqçiyə çətindir. Ən çox da vaxtilə millidə oynayanların sərt danışmağı anlaşılmır. Onlar da orda olublar, bilmirlərmi nə necədir… Bir şeyi dərk etməliyik ki, məğlubiyyətlərə görə millidən üz döndərməyə haqqımız yoxdur. Nə qədər nəticələrdən ürəyimiz açılmasa da, hər şeyimizi yığmaya verməyə çalışmalıyıq. Millinin nəticələri ümumi futbolumuzun mənzərəsidir. Ümumi yanaşılmalıdır, sistematik iş görülməlidir.

“Biz də dəyişməliyik, öyrənməyə utanmamalıyıq”

– Nəticələrin getdikcə pisləşməsində səbəbi nədə görürsünüz?
– Səbəbi…

– Çox dərindir?
– Danışsaq, çox uzun olacaq. Sırf “millinin məşqçiləri nəticə vermir” demək yanlışdır. Biz futbolun ümumi görünüşündə hardasa boşluq veririk ki, fəsadları millidə üzə çıxır. Futbola fərqli yanaşmalı, düşünməliyik. Hamı deyir ki, mentalitetimizdə problem var. Lakin bu, nədən, kimdən qaynaqlanır, demirlər. Nə üçün biz milli səviyyəsində nəyəsə nail ola bilmirik, amma texnologiyada, diplomatiyada, hərbidə özümüzü doğrulduruq, amma futbolda sıxıntı yaşayırıq…

– Niyə?
– Biz də dəyişməliyik, öyrənməyə utanmamalıyıq.

– Dəyişiklikdən danışmışkən, AFFA rəhbərliyi dəyişib. Yeni rəhbərliyin əvvəlkindən daha yaxşı olacağına inanırsıız?
– Biz də dəyişməliyik, futbola baxış dəyişməlidir. Aşağıdan işlərimizi səbirlə, düzgün qursaq, yuxarıda yaxşı olacağıq.

– Dəyişimlə bağlı suala cavab vermək istəyirsiniz?
– Vallah, yenə deyirəm, futbol elə idman növüdür ki, kiməsə tərif yağdırım ki, alındıracaq, elə olmaz, mümkün deyil.

– Sizin də adınız milli ilə hallanmışdı…
– Ad hallanmağı normaldır. Biz də bu vətənin oğullarıyıq, bu vətənə xidmət edirik. Amma indiki fikrim “Araz-Naxçıvan”la bağlıdır.

– Həmin vaxt “Araz-Naxçıvan”da deyildiniz. “Qəbələ”dəki işlərinizə görə hallanırdı. Sualım belədir, millini indiki məqamda yerli, yoxsa əcnəbi məşqçi çalışdırmalıdır?
– Bu suala cavab verməyim düzgün deyil. Daha çox futbol idarəetməsində olanlar qərar verməlidir. Yenə deyim, inkişafa sırf bir məşqçi ilə nail olunmur.

“Uşaq futbolun inkişafı liqalarda oynamaqdan ibarət deyil”

– Yerli, ya əcnəbi faydalı olacaq?
– Əcnəbi ilə uşaq futbolunun problemlərini həll etməyəcəyiksə, lazım deyil.

– Hazırda populyar məsələ legioner limitinin ləğvinin müzakirəsidir.
– Razı deyiləm. Buna meyilli fikirlər futbolumuzu geri atacaq. Əlbəttə, klubda çalışanlar ikiəlli əlini qaldıracaq, razı olacaq. Ümumi Azərbaycan futbolunu düşünürüksə… Yenə təkrarlayıram, biz o mentalitetə sahibik ki, futbolçular şans azaldıqca xaricə qaçan deyil. Bu, xülyadır. Azərbaycan futbolunu düşünməliyik. Düzgün qərarlar vermək lazımdır.

– Akademiyalarda işləmisiniz. Daha əvvəl xarici turnirlərdə heç olmasa, aşağı yaşlarda – 14-15 yaşa qədər yaxşı oynayırdıq, amma indi yenə qırılmalar var. Səbəb nədir?
– “Qəbələ”nin akademiyasının ən yaxşı dönəminə qayıdaq, hazırda onlardan 40-a yaxın Premyer Liqada oyunçu var. Deməli, yaxşı iş görüblər. Danışırıq ki, aşağı yaşlarda hər şeyə sahibik, amma reallıq pisdir. Bütün akademiyalar gün ərzində bir meydançada 20 oyun keçirir. İnkişaf istəyiriksə, uşaq futboluna yatırım etməliyik. Uşaq futbolun inkişafı liqalarda oynamaqdan ibarət deyil. “Qəbələ”də bir yaş qrupu il ərzində 4-5 beynəlxalq turnirdə iştirak edirdi. Həmin yarışlarda Avropanın top klublarının akademiyaları olurdu. İnkişaf yalnız doğru məşqlərlə olmur, beynəlxalq təcrübə çox vacibdir. Azərbaycanda futbolçu yoxdur fikri ilə razı deyiləm. Futbolçu da var, yetişdirmək də olar.

– Müsahibənin son sualını vermək istəyirəm. Oyunçularımız kimi məşqçilərimiz də xaricə çıxa bilmir. Problem nədədir?
– Bizim yaxşı yeni nəsil məşqçilərimiz var. Ancaq məşqçilərin özünü satmaq məsələsi də problem yaradır. Bizdə bu işin ənənəsi və menecmenti yoxdur.

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Yanvar 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri