Millimizə Almaniyadan futbolçu dəvət oluna bilər
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə Almaniyada çıxış edən futbolçu dəvət ala bilər. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi hazırkı təlim-məşq toplanışına ölkə xaricindən yalnız bir oyunçunun qatıldığını xatırladıb:
"Ölkə xaricində çıxış edən futbolçuları da U-20-nin Qəbələdəki toplanışına dəvət etmək istəyirdik. Lakin onların çempionatları davam etdiyi üçün hazırlıq prosesinə qatıla bilmədilər. Gələcəkdə dəvət etmək planda var. Hazırda yalnız İspaniyanın "Marset" akademiyasından futbolçu çağırılıb. Türkiyə və İsveçdə çıxış edən oyunçularımız da sonra gələcəklər. Onlar daha əvvəl də milli komandalarda yer alıblar. Almaniyadan da 1-2 futbolçu var. Azərbaycana bağlı olsalar da, hələlik pasportları yoxdur".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 Aprel 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















