Icma.az
close
up
RU
​AVTOMOBİL QƏZAYA DÜŞDÜ, SIĞORTA PULU ÇATMADI Sürücü nə edə bilər?

​AVTOMOBİL QƏZAYA DÜŞDÜ, SIĞORTA PULU ÇATMADI Sürücü nə edə bilər?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda sığorta ödənişləri, xüsusilə yol-nəqliyyat hadisələrindən sonra dəymiş zərərin qarşılanması məsələsi sürücülər arasında müzakirə olunur. Bəzi hallarda vətəndaşlar sığorta şirkətinin təklif etdiyi məbləğin dəymiş zərəri tam ödəmədiyini bildirirlər. Bu isə zərərin qiymətləndirilməsi, ödənişlərin hesablanması və sığorta şirkətlərinin məsuliyyəti ilə bağlı suallar yaradır. Vətəndaşların sığorta hüquqlarını bilməsi və mübahisəli hallarda hansı addımları atmalı olduğunu anlaması xüsusi əhəmiyyət daşıyır.

Sığorta şirkətinin dəymiş zərərə görə təklif etdiyi məbləğlə razılaşmayan vətəndaş öz hüquqlarını necə qoruya bilər? Sığorta ödənişinin real zərərdən az hesablanmasının qarşısını almaq üçün hansı mexanizmlər mövcuddur?

Məsələ ilə bağlı sığorta üzrə ekspert Ceyhun Əsgərov “AzPolitika”ya açıqlamasında bildirib ki, avtomobillərin təmiri ilə bağlı narazılıqlar sığorta şirkətlərinin müştəriləri arasında tez-tez rast gəlinən problemlərdəndir.

Onun sözlərinə görə, belə hallarla üzləşən vətəndaşlara iki variant təklif olunur: “Birinci variant sığorta şirkətinin əməkdaşlıq etdiyi servisə müraciət etməkdir. Əgər sürücü sığorta şirkətinin müəyyən etdiyi məbləğə avtomobilini öz seçdiyi servisdə təmir etdirə bilmirsə, nəqliyyat vasitəsini sığorta şirkətinin təklif etdiyi servisə təhvil verməsi məqsədəuyğundur. Müştəri təmir başa çatdıqdan sonra avtomobili təhvil alarkən onu yoxlamaq hüququna malikdir. Təmirin keyfiyyəti onu qane etmədikdə isə aşkar etdiyi nöqsanların aradan qaldırılmasını tələb edə bilə”r.

Ekspert əlavə edib ki, bəzi müştərilər sığorta şirkətlərinin əməkdaşlıq etdiyi servislərə etibar etmədikləri üçün avtomobillərini öz seçdikləri təmir müəssisələrində bərpa etdirmək istəyirlər: “Belə hallarda müstəqil ekspertlərə müraciət etmək tövsiyə olunur. Onlar avtomobilə baxış keçirərək təmirin real dəyərini müəyyənləşdirir və tərəflər həmin məbləğlə bağlı razılığa gəldikdən sonra vətəndaş avtomobilini seçdiyi servisdə təmir etdirə bilir”.

C. Əsgərov bu prosesin müştərilər üçün əlavə vaxt itkisinə və narahatlığa səbəb olduğunu vurğulayıb. Onun fikrincə, vətəndaşlar bəzən başqa çıxış yolu olmadığı üçün bu prosedurlara əl atmalı olurlar: “Sığorta şirkətlərinin belə yanaşmasının səbəblərinə də toxunan ekspert bildirib ki, icbari sığorta sektoru uzun illərdir, demək olar ki, zərərlə işləyir. Bu səbəbdən sığorta şirkətləri həmin istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmağa çalışırlar.

Son bir ildə sığorta haqlarının müəyyənləşdirilməsində fərdi yanaşma tətbiq olunmağa başlanıb. Qiymətlər avtomobilin istehsal ili, sürücülük təcrübəsi və digər amillər nəzərə alınmaqla hesablanır.

Ekspert hesab edir ki, bu yanaşmanın nəticələri müəyyən müddətdən sonra aydınlaşacaq: “Sığorta şirkətlərinin maliyyə vəziyyəti yaxşılaşarsa, müştərilərin avtomobillərinin təmiri ilə bağlı belə problemlərlə üzləşməsi ehtimalı da azala bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see272

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see270

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see265

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see252

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see243

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see239

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see229

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see224

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see220

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see213

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see211

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see209

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see200

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see198

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see196

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see195

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see188

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri