Icma.az
close
up
RU
Millimizi analiz etmək üçün gecəni yatmayıblar ikinci mərhələdən nə gözləmək olar?

Millimizi analiz etmək üçün gecəni yatmayıblar ikinci mərhələdən nə gözləmək olar?

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Qızıl Liqasının startındakı uğursuzluq seriyasını dayandıracağına ümid edir. Bakıda Macarıstan və Sloveniya ilə oyunlarda eyni 0:3 hesabı ilə məğlub olan yığmamızı Bratislavada həlledici qarşılaşmalar gözləyir. Məhz bu görüşlər komandanın hazırda yüksək hədəflərə nail ola bilib-bilməyəcəyinə aydınlıq gətirəcək.

İdman.biz xəbər verir ki, Faiq Qarayevin yetirmələri iyunun 6-da meydan sahibləri ilə qarşılaşacaqlar.

Slovakiya komandası Avropa Qızıl Liqasına Yunanıstana məğlubiyyətlə başlasa da, ardınca Xorvatiyaya qlaib gəlib. Komandanın baş məşqçisi Mixal Maşek Azərbaycanla qarşılaşma ərəfəsində rəqibi çox ciddi şəkildə analiz etdiklərini bildirib: “Köməkçilərimlə birlikdə gecə saat 3-ə qədər Azərbaycan komandasını analiz etdik. Bu, hündür boylu oyunçuları olan keyfiyyətli bir komandadır. Evdəki ilk oyunumuza yaxşı hazırlaşmaq bizim üçün çox vacibdir. Hələ növbəti rəqibimiz Monteneqro ilə bağlı tam təhlil aparmamışıq, amma bunun üçün vaxtımız olacaq".

Maşek əlavə edib ki, turnirin ilk oyununda Yunanıstana 0:3 hesablı məğlubiyyət komandası üçün “yaxşı dərs” olub: “Lakin uğursuz başlanğıcdan sonra komandamız toparlandı və Xorvatiyaya qalib gəldi. İnanıram ki, bu, bizim üçün vacib olan evdəki oyunlarda öz bəhrəsini verəcək. İnanıram ki, tribunalarda çoxlu azarkeş olacaq və Azərbaycan və Monteneqro ilə oyunlarda uğurlu çıxış edəcəyik”.

Slovakiya millisinin kapitanı Karin Paltuqova da uğurlu nəticə gözlədiyini bildirib: “Doğma meydanda oynamaq həmişə böyük şərəfdir. Bu matçlar daha emosional olacaq, əsl voleybol festivalı yaşanacaq. Biz qalib gələcəyik. Rəqiblərin bizim səviyyəmizdə olduğuna inanırıq. Azərbaycan və Monteneqro ilə oynamaq mümkündür. Taktiki, fiziki və mənəvi cəhətdən yaxşı hazırlaşmalıyıq".

Aydın məsələdir ki, voleybolçularımızı çox çətin oyunlar gözləyir. Bakıda keçirilən ilk görüşlər göstərdi ki, komandanın çoxlu problemləri var və bunları qısa müddətdə aradan qaldırmaq asan deyil. Bratislava mərhələsi öncəsi komandamızın passvericisi Yana Doroşenko qeyd edib ki, start oyunlarında, əsasən, taktiki səhvlər və qəbul zamanı yaşanan çətinliklər uduzmağa səbəb olub.

Bratislavada vəziyyəti düzəltmək və daha yaxşı çıxış etmək vacibdir. Çünki ilk turlardan sonra Azərbaycan millisi Avropa Qızıl Liqasında cədvəlinin sonuncu pilləsində qərarlaşıb və artıq qalib gəlmək vaxtıdır. Komandamız iyunun 6-da Slovakiya, ertəsi gün isə Monteneqro ilə qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri