Icma.az
close
up
RU
Son 10 dəqiqədə, demək olar, fiziki baxımdan çatdırmadıq

Son 10 dəqiqədə, demək olar, fiziki baxımdan çatdırmadıq

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizin futzal yığması dünən AÇ-2026-nın əsas mərhələsi çərçivəsində son səfər oyununu keçirdi. 5-ci qrupda çıxış edən və qrupdan çıxmaq şansı qalmayan komandamız 5-ci tur çərçivəsində İsveç yığmasının qonağı oldu.

Səfərə zədə səbəbindən bir neçə əsas oyunçusuz yollanan yığmamız arenaya təşrif buyuran soydaşlarımızın dəstəyi ilə oyuna fəal başladı. Artıq 2-ci dəqiqədə rəqib iki dəfə meydanın mərkəzinə dəvət olundu: Oktay Rüstəmli dubl etdi. Birinci hissənin ortalarında meydan sahibləri fərqi minimuma endirsə də, 12-ci dəqiqədə yenidən yığmamız qol vurdu. Bu dəfə Rüstəm Bağırov millidə qol hesabını açdı. Düzdü, 15-ci dəqiqədə İsveç yenidən fərqi minimuma endirdi. Fasiləyə qədər komandamız azı iki dəfə də qol vurmaq imkanı qazandı. 2-ci hissəni daha çox müdafiədə keçirən futzalçılarımız hesabdakı üstünlüyü 37-ci dəqiqədə əldən verdi. Ardından meydan sahibləri oyun ərzində ilk dəfə hesabda önə keçdi. Sona qədər qapılara başqa qol vurulmadı və yığmamız uduzdu.
Turun digər matçında Xorvatiya evdə Yunanıstanı darmadağın edib - 6:0. Millimiz qrupda son oyunu aprelin 15-də Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20.00-da start götürəcək. Qeyd edək ki, hazırda Xorvatiya 15 xalla liderdi. Yunanıstan 7 xalla 2-ci, İsveç 4 xalla 3-cü, Azərbaycan 2 xalla sonuncu – 4-cü pillədədi.
Yığmanın baş məşqçisi Vitali Borisovun oyunla bağlı fikirləri:

“Matça yaxşı başladıq və ardıcıl iki qol vurduq. Fasiləyə qədər azı 2-3 epizodda da fərqlənə bilərdik. Birinci hissədəki çıxışdan razı qaldım. Düzdü, rəqib də iki qol vurdu. Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik. Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burda da onu təkrarladılar. Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə... Belə deyim də, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik. Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə, demək olar, fiziki baxımdan çatdırmadıq”.


İsveç – Azərbaycan 4:3 (2:3)
İsveç: 12. Martin Herlin, 9. Fredrik Söderqvist, 10. Petrit Zhubi (k), 13. Noraldin Azizi, 18. Hampus Furublad; 1. Tolga Ayranci, 2. İsmail Fazlija, 4. Viktor Mossberg, 7. Fehim Smajloviç, 8. Nima Kadivar, 11. Bryan Yohansson, 15. Qustav Rydberq, 16. Donat Qaşi, 19. Haidar Bejan.
Baş məşqçi: Matija Dulvat.
Azərbaycan 1. Emin Kürdov (k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov; 12. Vladislav Reznov, 2. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 11. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov.
Baş məşqçi: Vitali Borisov.
Qollar: O.Rüstəmli, 1:07 (0:1). O.Rüstəmli, 1:46 (0:2). F.Söderqvist, 10:23 (1:2). R.Bağırov, 11:50 (1:3). P.Zhubi, 14:59 (2:3). F.Söderqvist, 36:41 (3:3). D.Qaşi, 38:03 (4:3).
Vərəqə: F.Smajloviç, 36:54 - sarı.
Hakimlər: PETER NURSE, Jordan Griffits,  Oliver Rodriguez-Ballinger (hamısı İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya).
Timekiper: George Jansizian (İsveç).
11 aprel. "Helsinqborq Arena".
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri