Millimizin sabiq futbolçusu yenidən II Liqada
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Xankəndi"dən ayrılmağımın əsas səbəbi maliyyə məsələsi oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin sabiq futbolçusu Nodar Məmmədov deyib.
Azərbaycan millisinin sabiq oyunçusu artıq yeni komanda ilə anlaşdığını da bildirib: "Mənə təklif olunan məbləğ İkinci Liqada qazandığım maaşla eyni idi. Bu isə mənə sərf etmir. Çünki İkinci Liqada çıxış etməklə yanaşı, akademiyada da məşqçi kimi çalışıram. Birinci Liqadan gələn təklif elə səviyyədə olmalıdır ki, məşqçilik fəaliyyətimdən imtina edim. Belə olmayacaqsa, niyə razılaşmalıyam? Artıq II Liqada çıxış edəcək Sabirabad təmsilçisi "Marafon"la müqavilə imzalamışam".
Qeyd edək ki, "Marafon" yeni mövsümdə İkinci Liqada çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:Millimizin futbolçusu Super Liqada klubunu dəyişdi
08 Dekabr 2025 13:00
Millimizin sabiq hücumçusu I Liqada oynayacaq
02 Yanvar 2025 18:54
Millinin sabiq futbolçusu: “II Liqada rəqabət artıb”
16 May 2025 14:17
Millimizin futbolçusu zədələndi
16 Avqust 2025 22:34
Millimizin sabiq futbolçusu həvəskar kluba keçdi
12 Noyabr 2024 14:10
Baxış sayı:104
Bu xəbər 09 İyul 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















