Milyarderin oğlu dayanacaqda öldürüldü
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərindən birinin yaxınlığında qeydə alınıb. Naməlum şəxslər Yoşihito Oşimaya avtomobil dayanacağında silahlı hücum ediblər.
Akaravonq həmçinin hadisənin əks olunduğu iddia edilən müşahidə kamerası görüntülərini yayımlayıb.
Yoşihito Oşimanın rəhbərlik etdiyi “LALCO” (Lao ASEAN Leasing Public Company) şirkəti onun ölümünü yalnız oktyabrın 19-da sosial şəbəkə hesabında elan edib. Lakin paylaşım sonradan silinib. Şirkət ölümün səbəbi barədə məlumat verməyib.
Oşimanın vəfatından sonra şirkətin direktoru vəzifəsinə onun həyat yoldaşı Yuriko Oşima təyin edilib.
Yerli media və Laos polisi hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, “LALCO” Vyentyanda yerləşən maliyyə lizinq şirkətidir. Şirkət əsasən Yaponiya istehsalı olan avtomobil və motosikletlərin lizinqi üzrə xidmət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















