Icma.az
close
up
RU
Milyona çatmaz... Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri pensiyaçı sayını azaldır

Milyona çatmaz... Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri pensiyaçı sayını azaldır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, ölkədə pensiyaçıların sayı hələ də 1 milyon nəfərdən çoxdur. Əlbəttə, şərtlərin mürəkkəbləşməsi sayı zamanla azaldır. Ola bilər ki, yaxın gələcəkdə say heç milyona çatmasın. Hələlik vəziyyət belədir. Orta pensiya məbləği isə 500 manata çatmır.

Bizimyol.info xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu ölkədə 1 milyon 98 min 500 nəfər pensiyaçının olduğunu açıqlayıb. Pensiyaların orta aylıq məbləği 493 manat 90 qəpikdir. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğin 13 faizdən çox artdığı iddia olunur. Pensiyaçıların 385,5 min nəfəri Bakıda yaşayırmış. Ən az pensiyaçı Xocavənddədir (900 nəfər).

Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların sayı ilə qürrələnməyi xoşlayır. Halbuki say azı iki dəfə azdır. Məsələn, İsveçrədə əhalinin təkcə 19 faizi yaşa görə pensiya alır. Azərbaycanda isə ümumi say heç 11 faizə çatmır. Ona görə İsveçrəni nümunə gətirdik ki, konfederasiya pensiya yaşı həddi baxımından bizə yaxındır. Bu Avropa ölkəsində kişilər 65, qadınlar 62 yaşında pensiyaya çıxır. Bizdə bu baxımdan şərtlər bir az da pisləşib. 2026-cı ildə Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, 65 olacaq.

Pensiya məbləğinin yetərli olmasından isə heç danışmağa dəyməz. Azəbaycanda pensiya yaşında olan sürücü orta aylıq məbləğlə uzağı 309 litr benzin ala bilər. İsveçrədə orta aylıq pensiyanın 2450 frank olduğu məlumdur. Bu məbləğə 1441 litr benzin düşür. Fərq az qala 5 dəfədir.

Dövlət Sosial Müdafiə Fondunda inciyərlər ki, biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri ilə müqayisə aparırıq. Götürək Sloveniyanı. Keçmiş Yuqoslaviya Respublikasında orta aylıq pensiyanın məbləği 1000 avronu keçir. Bu məbləğə pensiyaçı 700 litrə yaxın benzin ala bilər. Sloveniyada əhalinin 22 faizi pensiya alır. Bu ölkədə də pensiya yaşı 65-dir. Yəni Sloveniya bizinlə müqayisə üçün uyğun dövlətdir.

Əlbəttə, başqa müqayisələr də aparmaq mümkündür. Məsələn, müqayisə predmeti kimi kərə yağı və ya mal əti götürülə bilər. Yenə fərqli mənzərə yaranmayacaq. Azərbaycanda həm pensiyaçıların sayı, həm də onlara ödənilən məbləğ çox aşağıdır. Boşuna qürrələnməklə deyil. Ölkədə azı 2 milyon nəfərin müxtəlif kateqoriyalar üzrə pensiya almaq imkanı olmalıdır. Orta aylıq məbləğin də 1000 manatdan aşağı olmaması gərəkdir. Qalan deyilən sözlər mənasızdır. İndiki şərtlər pensiyaçılar üçün əlverişli deyil.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri