Icma.az
close
up
RU
Milyona çatmaz... Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri pensiyaçı sayını azaldır

Milyona çatmaz... Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri pensiyaçı sayını azaldır

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, ölkədə pensiyaçıların sayı hələ də 1 milyon nəfərdən çoxdur. Əlbəttə, şərtlərin mürəkkəbləşməsi sayı zamanla azaldır. Ola bilər ki, yaxın gələcəkdə say heç milyona çatmasın. Hələlik vəziyyət belədir. Orta pensiya məbləği isə 500 manata çatmır.

Hurriyyet.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu ölkədə 1 milyon 98 min 500 nəfər pensiyaçının olduğunu açıqlayıb. Pensiyaların orta aylıq məbləği 493 manat 90 qəpikdir. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğin 13 faizdən çox artdığı iddia olunur. Pensiyaçıların 385,5 min nəfəri Bakıda yaşayırmış. Ən az pensiyaçı Xocavənddədir (900 nəfər).

Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların sayı ilə qürrələnməyi xoşlayır. Halbuki say azı iki dəfə azdır. Məsələn, İsveçrədə əhalinin təkcə 19 faizi yaşa görə pensiya alır. Azərbaycanda isə ümumi say heç 11 faizə çatmır. Ona görə İsveçrəni nümunə gətirdik ki, konfederasiya pensiya yaşı həddi baxımından bizə yaxındır. Bu Avropa ölkəsində kişilər 65, qadınlar 62 yaşında pensiyaya çıxır. Bizdə bu baxımdan şərtlər bir az da pisləşib. 2026-cı ildə Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, 65 olacaq.

Pensiya məbləğinin yetərli olmasından isə heç danışmağa dəyməz. Azəbaycanda pensiya yaşında olan sürücü orta aylıq məbləğlə uzağı 309 litr benzin ala bilər. İsveçrədə orta aylıq pensiyanın 2450 frank olduğu məlumdur. Bu məbləğə 1441 litr benzin düşür. Fərq az qala 5 dəfədir.

Dövlət Sosial Müdafiə Fondunda inciyərlər ki, biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri ilə müqayisə aparırıq. Götürək Sloveniyanı. Keçmiş Yuqoslaviya Respublikasında orta aylıq pensiyanın məbləği 1000 avronu keçir. Bu məbləğə pensiyaçı 700 litrə yaxın benzin ala bilər. Sloveniyada əhalinin 22 faizi pensiya alır. Bu ölkədə də pensiya yaşı 65-dir. Yəni Sloveniya bizinlə müqayisə üçün uyğun dövlətdir.

Əlbəttə, başqa müqayisələr də aparmaq mümkündür. Məsələn, müqayisə predmeti kimi kərə yağı və ya mal əti götürülə bilər. Yenə fərqli mənzərə yaranmayacaq. Azərbaycanda həm pensiyaçıların sayı, həm də onlara ödənilən məbləğ çox aşağıdır. Boşuna qürrələnməklə deyil. Ölkədə azı 2 milyon nəfərin müxtəlif kateqoriyalar üzrə pensiya almaq imkanı olmalıdır. Orta aylıq məbləğin də 1000 manatdan aşağı olmaması gərəkdir. Qalan deyilən sözlər mənasızdır. İndiki şərtlər pensiyaçılar üçün əlverişli deyil./Bizimyol.info/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see110

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see108

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri