Icma.az
close
up
RU
Milyonlarla can alan Kəşmir DAVASI: Hindistan Pakistan münaqişəsi necə başladı?

Milyonlarla can alan Kəşmir DAVASI: Hindistan Pakistan münaqişəsi necə başladı?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gecədən başlayaraq, Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisini bombalayıb.

Lent.az iki ölkə arasındakı münaqişənin tarixini təqdim edir:

Hindistan–Pakistan münaqişəsi necə başladı?

Münaqişənin səbəbi Böyük Britaniyanın Hindistanı bölüşdürməsindən sonra Cammu və Kəşmir ştatlarının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya Hindistanının bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar Kəşmirin Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər.

Cammu və Kəşmir ştatları münaqişələrdən əvvəl

1815-ci ilədək müasir dövrdə Cammu və Kəşmir kimi tanınan ərazidə 22 kiçik knyazlıq (16 hind və 6 müsəlman knyazlığı) vardı. Onların bir hissəsi Əfqanıstan əmirinin nəzarəti altında idi. Hind knyazlıqları imperator Əkbərin dövründən Böyük Moğol imperiyasının vassalları olan racput knyazları tərəfindən idarə olunurdu. Böyük Moğol imperiyasının süqutundan sonra və qurkların dağlıq knyazlıqlara basqınından sonra onlar sinqlərin hökmdarı Rancit Sinqin hakimiyyəti altına düşdü.

Hindistanın bölüşdürülməsi

Böyük Britaniyanın Hindistan knyazlıqları üzərində hökmranlığının başa çatması yerli əhalinin seçmək, knyazlıqların Hindistana və ya Pakistana birləşmək və ya öz müstəqilliyini elan etmək hüququnun tanınması ilə müşayət olunurdu. Britaniya qoşunları Hindistanı hələ tamamilə tərk edənədək Cammu və Kəşmir knyazlığının hakimi Hindistanın və Pakistanın təkidi ilə yeni yaranmış bu iki dövlətdən birini seçməli idi.

Hindistan və Pakistan arasında ilk müharibə

İki ölkə arasında ilk müharibə 1947-ci il oktyabrın 21-dən, 1948-ci il dekabrın 31-dək davam edib. Müharibənin ilk mərhələsində Pakistan knyazlıqların şimal hissəsini Azad Cammu və Kəşmir adı ilə öz ərazisi elan etdi və buraya qoşunlarını yeritdi. Müzəffərabad və Domel adlanan sərhəd rayonlarında cəmlənən Pakistan qoşunları qısa müddətdə kəşmirlilərin tayfa könüllülərindən ibarət ordusunu darmadağın etdi (sərhəd rayonlarında yerləşən hind hərbi hissələrində müsəlman əsgərlərin bir hissəsi qiyam qaldırdılar və pakistanlılarla birləşdilər).

Müdaxilənin başlanğıcında məqsəd ilk növbədə, dövlətin yay iqamətgahı və əsas şəhəri hesab olunan Srinaqar şəhəri ilə birlikdə Kəşmir vadisi üzərində nəzarəti ələ keçirmək idi (Cammu şəhəri dövlətin qış iqamətgahı idi). lakin Srinaqara doğru hərəkət edən qoşunların əsas hissələri işğal olunmuş şəhərlərdə qalaraq talançılıqla məşğul olmağa başladılar.

İkinci mərhələdə Hindistan fəal hərbi əməliyyata başlayaraq qoşun və texnikasını Srinaqar rayonuna yönəldərək şəhərin ətrafında dairəvi müdafiə təşkil etdilər və müsəlman könüllülərinin hərbi hissələrini məğlub etdilər. Darmadağın edilmiş tayfa qüvvələri Baramula və uri şəhərlərinə qaçdılar və tezlikə bu qüvvələr dağıldı. Lakin vadinin Punç şəhərində Kəşmir qoşunları müsəlman qüvvələri tərəfindən mühasirəyə alındılar.

Gilgitdə yerli könüllülər Pakistanın Hindistana müdaxiləsini müdafiə edirdilər və Kəşmirin şimal hissəsinə nəzarəti ələ keçirdilər. Çitral şəhərinin könüllüləri də yerli hakim Mextarın başçılığı ilə Pakistana birləşdilər.

Birinci müharibədə Kəşmir, Bizon, Ördək, Qulab, Visay və s. əməliyyat həyata keçirilib. 1949-cu il yanvarın 1-də iki ölkə arasında atəşkəs elan olundu. 27 iyulda Hindistan və Pakistan cəbhə xətti boyunca atəşin kəsilməsi haqqında müqavilə imzaladı. Kəşmirin 60 faizi Hindistanın, 40 faizi isə Pakistanın nəzarəti altına keçdi.

Ikinci Hindistan-Pakistan müharibəsi

Bu müharibə 1965-ci ilin avqust-sentyabr aylarında olub. Münaqişənin başlanmasına əsas səbəb Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olub. Tezliklə bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilib. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3,000 - 5,000 nəfər , Hindistan tərəfindən 4,000 - 6,000 nəfər  həlak olub, 8623 nəfər yaralanıb. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırıldı. 

Kaç Pannı

1965-ci ilin yazında Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verdi. Mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşdi. Hindistan və Pakistan sərhəd bölgəsinə əlavə qoşun hissələri yeritdilər. Münaqişə Böyük Britaniyanın müdaxiləsi nəticəsində tam gücü ilə alovlanmağa imkan tapmadı. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar. 4 iyul 1969-cu ildə İslamabadda imzalanan müqaviləyə əsasən Kaç Pannı ətrafında yaranmış mübahisə tamamilə nizama salındı. Pakistan daha çox əraziyə iddia etsə də, müqavilənin şərtlərinə görə ona səhranın 900 km²-lik ərazisi verildi.

Üçüncü Hindistan-Pakistan müharibəsi

Hərbi konflikt Hindistan və Pakistan arasında 1971-ci ilin dekabrında baş verib. Müharibənin səbəbi isə Hindistanın Şərqi Pakistanda gedən müharibəyə müdaxiləsi olub. Bölünmə zamanı Pakistan bir-birindən aralıda yerləşən iki bölgəyə ayrılır. Onlar arasında 1600 km məsafə var. Bu Pakistan üçün əlverişli deyildi. Səbəb isə Şərqi Pakistanın təhlükəsizliyinin təminatında çətinliklərin yaranması ilə bağlı idi. Hindistanla olan münasibətlər ilk gündən gərgin idi. Birinci Hindistan-Pakistan müharibəsi və İkinci Hindistan-Pakistan müharibəsi Kəşmir ilə bağlı yaranan ərazi mübahisəsindən törəmişdirsə, bu münaqişə isə Şərqi Pakistanda baş vermiş vətəndaş müharibəsindən irəli gəlirdi.

Müharibənin başlaması

İlk əvvəllər Pakistan Ordusu demək olar ki, müqavimətə rast gəlmir. Yazın sonlarında ordu Banqladeşin bütün şəhərlərini ələ keçirir. Kəndlərdə isə partizan hərəkatı başlayır. Onun iştirakçıları "Mutki Baxini" adlanan təşkilatda birləşirlər. Partizanların sayı istər ordudan fərarilik edən əsgərlərin, istərsə yerli əhalinin sayəsində artırdı. 1971-ci ilin sonunda Banqladeşdə 200 mindən 2 milyona qədər insan həlak olub. 8 milyon insan Hindistana qaçıb.

Hindistanın baş naziri İndira Qandi yeni dövlətin müstəqilliyini elan etməsindən sonra dərhal onları dəstəkləyir. Hindistan özünün əzəli düşməninin zəifləməsini istəyirdi. Yeni-yeni qaçqın axınlarının Hindistana gəlməsi burada vəziyyəti gərginləşdirirdi. Qaçqınlar yerli əhalinin vəziyətini dahada kəskinləşdirirdi. Hindistan münaqişənin tezliklə bitməsinin tərəfdarı idi. Bu zaman Hindistan hökuməti «Muti dakini» təşkilatına hərbi yardım göstərirdi. Artıq, 1971-ci ilin yayında partizanlar əks hücuma başlayırlar. Ölkə 11 bölgəyə bölünür. Bu bölgələrin hər birinə Pakistan ordusunun keçmiş zabitləri rəhbərlik edirdi. Partizanlar kiçik aviasiya qüvvələri və çay donanmasına malik idilər. Hindistanda düşərgələri və bazaları olan üsyançılar uğurlu əməliyyatlar həyata keçirə bilmişdilər.

Pakistan hökuməti belə qərara gəlir ki, nə qədər Hindistan üsyançılara kömək göstərir onlara qalıb gəlmənin mümkünsüzdür. Bu zaman Hindistan ordusu sərhəddə cəmləşmişdi. Bu isə gərginliyi daha da artırdı. 21 noyabrda hər iki ordunun cəmləşdiyi ərazidə gərginlik son həddə çatır.

“Çingiz Xan” əməliyyatı

3 dekabr günün ikinci yarısında Pakistan Hərbi Hava Qüvvələri hindlilərin avia bazalarınlarını bombalayır. Bu plan hələ ilk dəfə Altı günlük müharibə zamanı işlədilmişdi. Belə ki, İsrail ordusu qəfil hücumla ərəb ölkələrinin aviasiyasını darmadağın etmişdi. Bu, Pakistan ordusu tərəfindən "Çingiz xan" əməliyyatı adlandırılırdı. Bu əməliyyat Hindistan ordusuna elə də böyük zərbə vurmur. 4 dekabr tarixindən Hindistanda səfərbərlik elan edilir və silahlanma gücləndirilir.

Banqladeşdə yerləşən Pakistan ordusunun vəziyyəti isə bu ərəfələrdə kəskin idi. Demək olar ki, orduya havadan kömək edilmirdi. Buna görə də Pakistan ordu rəhbərliyi Hindistana ikinci cəbhə açaraq onun iki cəbhədə vuruşmağa təhkim etmək niyyətində idilər. Ancaq Hindistanın Pəncab polkunun 23-cü batalyonu 5-6 dekabr tarixində Pakistanın 51-ci piyada briqadasının qarşısını ala bilir. Bu döyüşdə hindlilərin bombardmançı təyyarələri mühüm rol oynayırlar. Avia zərbələr nəticəsində Pakistanın hərbi texnikaları sıradan çıxarılmışdı. Bu zaman Hindistan ordusu nəinki müdafiə olunur, hətta hücuma keçərək sərhədyanı əraziləri ələ keçirmişdir.

Şərq cəbhəsində isə hindlilər yerli partizan qüvvələrinin dəstəyi ilə asanlıqla irəliləyə bilirdi. Üstəlik, çaylarda asan üzə bilən PT-76 tankları və havadan isə Mi-4 helikopterlərinin dəstəyi ilə artıq onlar qısa müddət ərzində Dəkkə şəhərinə çatırlar. 16 dekabrda Banqladeşdə yerləşən Pakistan qüvvələrinin rəhbəri general Əmir Abdulla Xan Niyazi danışıqsız təslim olma müqaviləsinə qol çəkir. 17 dekabr tarixində Hindistan atəşkəs elan edir. Bununla da müharibə bitir.

Üçüncü müharibədə 100–127 mm-lik kalibrli güllələrdən istifadə edilib. Bu isə ucuz və effektivliyi ilə seçilirdi. Bu müharibədə ənənəvi sualtı bombalardan istifadə edilirdi.

Üçüncü müharibənin nəticəsi

Müharibənin nəticəsində Banqladeş müstəqilliyini əldə edir. 16 dekabr Banqladeşdə qələbə günü kimi qeyd edilir.

Müharibə bitdikdən dərhal sonra Pakistan prezidenti Yəhya Xan istefa verir və onu Zülfüqar Əli Bhutto əvəz edir. O, Şərqi Pakistan xalqından üzr istəyir.[3] Onun ən böyük uğuru əsirlikdə olan pakistanlı hərbçilərin heç bir məhkəmə qurulmadan ölkəyə gətirilməsi olur. Siml anlaşması imzalandıqdan sonra üç ölkə arasında normal əlaqələr qurulur.

Qeyd üçün bildirək ki, Pakistan Azərbaycanla dost və qardaş ölkədir. Ölkəmizin müstəqilliyini ilk tanıyan 3 dövlətdən biridir. Belə ki, Pakistan İslam Respublikası 1991-ci il dekabrın 13-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. Daim Qarabağ münaqişəsində ölkəmizi dəstəkləyib və Azərbaycanın yanında olduğunu beynəlxalq tribunalarda səsləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar ŞOK SİYAHI

06 May 2025 14:17see199

Azər Badamov bütün suallara aydınlıq gətirdi

06 May 2025 16:46see132

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb RƏSMİ

06 May 2025 11:13see128

“BU, İNHİSARÇILIĞA, KORRUPSİYAYA SƏBƏB OLUR...” “Problem kritik həddə çatmayana qədər hökumət tədbir görmür”

06 May 2025 08:39see126

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see125

Sassuolo Milan ın rekordunu qırıb

06 May 2025 08:34see124

İsveçdə ərzaq inflyasiyası yavaşlayır

06 May 2025 03:42see123

ABŞ məhkəməsi Trampın bu tələbini rədd etdi

06 May 2025 18:35see122

Üç hava limanı uçuşlara müvəqqəti bağlanıb

06 May 2025 08:22see122

Yüksək idxal valyuta tələbi yaradır

06 May 2025 10:33see121

Nura ilə dostluğumu bitirdim, səmimi deyildi

06 May 2025 14:29see121

Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə təhlükə sayılmadığı üçün İranın narahatlığına ehtiyac yoxdur

06 May 2025 13:59see120

ATƏT PA nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi FOTOLAR

06 May 2025 09:47see120

“Mançester Yunayted”dən qəribə transfer həmləsi

06 May 2025 16:19see119

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb

06 May 2025 18:36see119

Fərid Qayıbov yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb

06 May 2025 11:26see118

“Zirə” növbəti illərdə çempionluğa iddialı olacaq” Skarlatake

06 May 2025 10:43see116

Əsədin Suriyadan qaşması Aİ də sığınacaq axtaranların sayını xeyli azaldıb

06 May 2025 11:27see114

“TechFront” akademiya sənaye görüşü keçirildi

06 May 2025 10:12see113

May 4 BÜRC üçün həlledici olacaq: seçilmişlər arasında kim var?

06 May 2025 09:11see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri