Pakistan: Hindistan üç bölgədən Kəşmir bölgəsinə hücuma keçib, 3 ölü, 12 yaralı YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.
***
00:41
Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.
APA xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.
Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.
Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.
Hindistan Silahlı Qüvvələri də açıqlamasında Pakistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.
9 rayonun hədəf alındığı bildirilən açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.
Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 May 2025 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















