Milyonlarla insana şad xəbər Pensiya və müavinətlər...
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.
Anar Əliyev forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirildiyini diqqətə çatdırıb, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən danışıb.
O, "SOCGOV 2026" forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğunu vurğulayıb.
Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və bu sahədə əldə olunan uğurlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















