Icma.az
close
up
RU
Milyonluq cinayət: Uşaqların müalicə pulunu mənimsəməkdə ittiham olunan qadınlar hakim qarşısında

Milyonluq cinayət: Uşaqların müalicə pulunu mənimsəməkdə ittiham olunan qadınlar hakim qarşısında

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkən Faiq Nəcəfov təqsirləndirlənləri tanıdığını deyib. O, bildirib ki, övladı talassemiya xəstəsi olub:

"Mənə Aynur xanımı məsləhət gördülər. Onun nömrəsini öyrənib yoldaşıma verdim. Bizə çek atıb dedilər ki, uşağın müalicəsi üçün 10 min dollar pul ödənilməlidir. İlk dəfə "Çinar plaza"ya gedəndə üç min manat pul aparmışdıq. Nuridə xanımı mənə iş adamı, xeyriyyəçi insan kimi tanıtdırdılar. Daha sonra 2 100 manat pul apardım. Danışığa görə, əməliyyatın 3 min dollarını biz, sponsor tapılarsa, 7 min dollarını da sponsorlar ödəməli idilər".

Faiq Nəcəfov bildirib ki, daha sonra Aynur Bayramova ilə əlaqə saxlayan zaman o, Nuridə ilə işləmədiyini və onun həbs olunduğunu deyib.

"Aynur Bayramova mənə Nuridə Seyidovadan şikayət etməyi təklif edərək dedi ki, o, çox adama qarşı dələduzluq edib. Nuridə ilə danışan zaman isə o da bildirdi ki, ərizəni yaz, 15 günə pul qaytarılacaq. Aynur Bayramova mənə köməklik göstəriləcəyi ilə bağlı vəd vermişdi", - deyə şahid bildirib.

Prosesdə zərərçəkən qismində ifadə verən Kamil Əhmədov deyib ki, həyat yoldaşı 2012-ci ildən hepatit xəstəsi olub. Onun sözlərinə görə, 2022-ci ildə Gömrük Hospitalında Mircəlal həkimin yanında olub. Həkim yoldaşında qaraciyər sirrozu olduğunu bildirib.

"Daha sonra həkim mənə qaraciyəri dəyişmək üçün 46 min manat pul lazım olduğunu bildirdi. Həm donoru, həm də yoldaşımı hər dəfə yoxlayanda 2 500 manat pul çıxırdı. Sonra yoldaşımın beyninə qan sızdı, həmçinin onkoloji xəstəliyinin olduğu da müəyyən edildi. Mircəlal doktor 5 min manat pul alaraq dedi ki, heç kimə etibar edə bilmərəm, özüm əməliyyat etməliyəm. Bu xəstəliklə bağlı həmin həkim yoldaşımı əməliyyat etdi".

Zərərçəkənin sözlərinə görə, Gömrük Hospitalının əməkdaşı Mircəlal həkimin otağından təqsirləndirilən Aysel Məmmədovaya zəng edib. Aysel Məmmədova ona deyib ki, 46 min manat əməliyyat pulunun 23 min manatını xəstənin yaxınları, 23 min manatını da onlar ödəyirlər.

"İstədikləri pulu onlara verdim, aldıqdan sonra heç bir sənəd vermədilər. Məsələni Mircəlal həkimə danışdım, dedi ki, proses belədir, pul bunlara gedir, daha sonra Gömrük Hospitalına köçürürlər. Bu proseslər gedə-gedə yoldaşımın vəziyyəti daha da pisləşdi. Dəfələrlə komaya düşmüşdü. Əməliyyat uzandı, pulu istəyəndə dedilər ki, sən növbədəsən, pulu bir aya qaytara bilərik. Sonra Türkiyədən cavab gəldi ki, yoldaşım əməliyyat oluna bilər. Bir müddət sonra Nuridə zəng etdi, pulu qaytara biləcəyini bildirsə də, qaytarmadı. Aysel Məmmədovanın dayısı pulun 10 min manatını qaytardı. Yoldaşımı 2023-cü ildə Mircəlal həkim əməliyyat etdi. Həmin əməliyyatdan sonra yoldaşım vəfat etdi".

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə bir milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri