Icma.az
close
up
RU
Talassemiyalı uşaqların müalicəsi adıyla 1 milyonluq dələduzluğa görə məşhur həkimlər məhkəmə qarşısında: qərar verildi

Talassemiyalı uşaqların müalicəsi adıyla 1 milyonluq dələduzluğa görə məşhur həkimlər məhkəmə qarşısında: qərar verildi

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərinin aldadılması və ümumilikdə 1 milyon manata yaxın pullarının ələ keçirilməsi ilə bağlı məhkəmə prosesində adları hallanan məşhur həkimlərin çağırılıb dindirilməsinə qərar verilib. Bu cinayət işi üzrə məhkəmədə dindirilməsi tələb olunan həkimlər arasında Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən tanınmış cərrah Mir Cəlal Kazımi, Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov və hadisələr baş verərkən Mərkəzin baş həkimi vəzifəsində işləmiş Xuraman Cəfərova var.

Bizimyol.info xəbər verir ki, talassemiyalı uşaqların ailələrini aldatmaqda ittiham olunan 3 nəfərin – “Urmedhelp” və “My DocTour” şirkətlərin rəhbəri Nuridə Seyidova və həkimlər Aynur Bayramova ilə Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir həftə əvvəlki məhkəmə prosesində zərərçəkmiş şəxslərdən Tural Nəsmiyev onları təqsirləndirilən şəxslərə yönəldən həkimlərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırmışdı.

Fevralın 19-da hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə iclasında həmin vəsatət müzakirə edilib.

Həkimlərin hansı səbəbdən dindirilməsini istədiyini izah edən Tural Nəsmiyevin sözlərinə görə, təqsirləndirilən Aynur Bayramovanın hansı əsasla Talassemiya Mərkəzinə buraxıldığı, orada yer verildiyi aydınlaşdırılmalıdır: “Aydın məsələdir ki, dəstə təkcə bu 3 qadından ibarət deyil, onların arxasında dayananlar var. Bu işin pərdə arxasında qalanlar, adları çəkilməyənlər var”.

Təqsirləndirilən şəxslər də həkimlərin dindirilməsinə etiraz etməyib. Məhkəmə də adları çəkilən həkimlərin dindirilməsi barədə vəsatəti haqlı sayıb və təmin edib. Onlar zərərçəkənlər və əsas şahidlərin dindirilməsindən sonra gəlib ifadə verəcəklər.

Daha sonra zərərçəkmiş Natiq Qubadov ifadə verib. O bildirib ki, övladının əməliyyatı üçün təqsirləndirilən şəxslərdən Aynur Bayramova vasitəsilə Nuridə Seyidovaya 15 min dollar pul veriblər. Bir qədər sonra onların dələduz olduğundan şübhələniblər: “Həyat yoldaşım dedi ki, Aynur Bayramovanın da qızı xəstədir, xəstə övladı olan adam vicdansız olmaz”.

Zərərçəkmişin sözlərinə görə, evini satıb qızını əməliyyat etdirib, hazırda kirayədə yaşayır: “Amma bu vicdansız (Nuridə Seyidovanı nəzərdə tutur) pulumu qaytarmadı. Bizim uşaqların pulu ilə bahalı ofis kirayələmişdilər, bahalı-bahalı şokoladlar yeyirdilər”.

Məhkəmə prosesi davam edir.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova özünü qismən təqsirli bilsə də, digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyiblər.

İttihama əsasən, talassemiyalı uşaqların valideynlərinə Nuridə Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” və “My Doc Tour” MMC-lərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir.

36 nəfər zərərçəkmişdən uşaqlarının əməliyyatı adı altında ümumilikdə 1 milyon manata yaxın pul alınaraq, onlara ziyan vurulub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri