Milyonluq əmlakını dövlətə bağışlayacaq
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Model və müğənni Tuğba Özay Antalyada yerləşən 10 hektarlıq ferması ilə bağlı diqqətçəkən açıqlama verib.
“Qafqazinfo”nun xəbərinə görə, Özay dəyəri milyonlarla ölçülən əmlakını ölümündən sonra dövlət qurumlarından birinə bağışlamağı vəsiyyət etdiyini bildirib.
İllər əvvəl, 1997-ci ildə Antalyanın Manavqat rayonunda aldığı geniş ərazinin onun üçün yalnız maddi deyil, həm də mənəvi dəyər daşıdığını vurğulayan Özay fermanın ailə xatirələri ilə bağlı olduğunu qeyd edib.
“İstəsəm, onu satıb İstanbulun ən gözəl yerində malikanə ala bilərəm, amma satmayacağam”, – deyə o bildirib.
Sənətçi fermanın atası ilə bağlı xatirələri yaşatdığını və bu səbəbdən onu qorumaq istədiyini deyib.
Özay həmçinin ölümündən sonra həmin əmlakın dövlət qurumlarından birinə bağışlanmasının şəxsi vəsiyyəti olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 İyun 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















