Icma.az
close
up
RU
Milyonluq tenderlərin “ovçusu”: “Az Tex İmport” MMC

Milyonluq tenderlərin “ovçusu”: “Az Tex İmport” MMC

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Ötən gün 8 milyon manat vergi borcu olan şirkətlə satınalma müqaviləsi imzalamış “Naxçıvan Yol Təchizat” MMC daha bir tenderinin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu dəfə MMC maşın və mexanizmlərin satınalınmasını həyata keçirəcək.

7 milyon 480 min 855 manatlıq müqavilənin icrası isə “AZ-TEX-IMPORT” MMC-yə həvalə olunub.

Açıq mənbələrdə qeyd edilir ki, “Naxçıvan Yol Təchizat” MMC həmin məbləğə 20 ədəd texnika alacaq. Onların arasında 1 ədəd avtokar (yükləyici), 1 ədəd monipulyator,  3 ədəd Kəpçə, 1 ədəd yol cizgi boya makinası, 1 ədəd yükləyici kon, 1 ədəd təkərli ekskavator, 3 ədəd avtoqreyder, 2 ədəd yüksək tonnajlı ekskavator, 2 ədəd torpaq vərdənəsi , 3 ədəd 4 tonluq, 1 ədəd 14 tonluq asfalt vərdənəsi və 1 ədəd asfalt yayan alınacağı qeyd edilib.

Tenderin qalibi olmuş “AZ-Tex-İmport” MMC-yə gəldikdə bildirək ki, bu şirkət ölkədə “İveco” avtomobillərinin istehsalçısı olaraq tanınır. İran və Türkmənistana maşın ixrac edən şirkətin rəhbəri Samir İbadullayevdir.

Qeyd edək ki, son 18 ay ərzində sözügedən şirkət 12 tenderə qatılıb və qalib olub. MMC-nin ən bahalı satınalma müqaviləsi Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC bağlanılıb. Həmin tenderlərdən birinin dəyəri (nəqliyyat və xüsusi texnikaların satın alınması) 7 milyon .212 min manat, digəri isə (Kommunal təyinatlı texnikaların satın alınması) 31 milyon 400 min manat təşkil edib.

Lakin şirkətin digər bahalı tendderləri də var. Tribunainfo.az-ın açıq mənbələr üzrə apardığı araşdırma zamanı bəlli olub ki, “Az-Tex-İmport” İnnovasiya və Təchizat Mərkəzinə 15 milyon 874 min 714 min manatlıq yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri satıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinə isə xüsusi təyinatlı texnikanın və konteynerlərin satılmasına dair müqavilənin dəyəri 6 milyon 930 min manat olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri