Icma.az
close
up
RU
Milyonluq villanın sirri Anar Rzayev niyə susur?

Milyonluq villanın sirri Anar Rzayev niyə susur?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin sözün gerçək mənasında “yoldan pul çıxardığı” sirr deyil. Ölkə rəhbərliyi tərəfindən müasir infrastrukturun qurulması, nəqliyyatın hərəkətinin daha keyfiyyətli olması məqsədilə yaradılan AYNA-nın adı zaman-zaman maxinasiyalarda və fırıldaqlarda hallanır. Bunun başlıca səbəbi də Agentliyin sədri Anar Rzayevin fəaliyyəti, daha doğrusu desək, fəaliyyətsizliyidir.
Media dəfələrlə AYNA-nın fəaliyyətindəki problemləri gündəmə daşıyıb, həlli yolları ilə bağlı müxtəlif təkliflər səsləndirilib, lakin nə problemlər aradan qalxıb, nə də Anar Rzayev bütün bunlara heç bir reaksiya verməyib. Elə Demokrat.az-ın son olaraq yayımladığı villa qalmaqalında olduğu kimi.
Anar Rzayevin bir milyonliq villa alması ilə bağlı əldə etdiyimiz məlumatı ötən həftə dərc etmişdik. Və peşə prinsiplərinə sadiq qalaraq, məlumatla bağlı AYNA-nın mətbuat xidmıtinə rəsmi sorğu da ünvanlamışdıq, lakin necə deyərlər, “daşdan səs çıxdı, amma AYNA-dan yox”. 
Bu səssizlik nəyin əlamətidir? 
Anar Rzayev susmaqla villa aldığını təsdiqləyirmi? 
Açıq qalan suallar var. Hərçənd ki, Anar Rzayevin AYNA-da sədr postundan yararlanaraq, milyonlar qazanması ilə bağlı yayılan məlumatlar fonunda bu o qədər də təəccüblü olmamalıdır.
Yük daşımalarında monopoliya...
AYNA sədrinin “Van der Val Intl. Transport Bakı” şirkətinin olması barədə də mediada da məlumatlar yayılıb. Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər “Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Vəzifəyə təyin edildikdən sonra şirkətini qardaşı İlqar Rzayevə həvalə edib. Özünün də bununla bağlı etirafı var: 
“Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir”.
Gerçəkdə isə Anar Rzayevin şirkətinə qardaşını rəhbər təyin edərək, vəzifəyə keçdiyi sirr deyil. Məsələ ondadır ki, yük daşımalar üçün AYNA tərəfindən lisenziyaların verilməsində digər şirkətlərlə müqayisədə “Van der Val Intl. Transport Bakı” şirkətinə xüsusi üstünlük verilir. Çünki şirkət hazırda qeyri-rəsmi də olsa, Anar Rzayevə məxsusdur. AYNA bunu təkzib etməyə çalışsa da, Anar Rzayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yükdaşıma sektorunda öz şirkətinin monopoliyasını qurub.
Parking fırıldağı...
Anar Rzayevin yaratdığı ən böyük problemlərdən biri də paytaxt küçələrindəki parklanma xidmətidir. Sürücülərin daima narazılıq etdiyi “Azparking” xidməti parklanmanı həyata keçirməkdən daha çox, soyğunçuluqla məşğul olması ilə tanınır.
“Azparking” tətbiqinin düzgün işləmədiyi, sanki cərimə xidməti olduğu haqda tez-tez şikayətlər gündəmə gəlir. Bununla yanaşı, paytaxtın dalanlarına, hətta, ara məhəllələrə qədər “parking”in yaradılması, insanların yaşayış ərazisinə qanunsuz müdaxilənin edilməsi kimi addımlar atılır. Məlumatlara görə, parkalanma işində əldə olunan qanunsuz gəlirlər birbaşa AYNA rəhbərliyinin “şəxsi qazancıdır”. Belə nümunələri yetərincə sıralamaq olar, nəticə isə eynidir. Anar Rzayev AYNA-dan şəxsi gəlir mənbəyi kimi istifadə edir. Bu baxımdan, AYNA sədrinin bir milyonluqluq villa alması o qədər də təəccüblü görünmür. Söhbət “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham olunan iş adamı İlqar Hacıyevin Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasından gedir. 
İlqar Hacıyev məlum villanı 1,2 milyon manata satışa çıxarsa da, bir neçə ildir müştəri tapılmırdı. Nəhayət, Anar Rzayev dəbdəbəli villaya talib olub. 
Əldə etdiyimiz məlumata görə, villanın qiyməti 1 milyon manata razılaşdırılıb. Anar Rzayev villanın ödənişini daşınmaz əmlak və nəğd formada ödəyəcək. Belə ki, 1 milyon AZN-nin 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 min manatı isə nəğd veriləcək. Artıq Anar Rzayevin adamları tərəfindən villaya baxışın keçirildiyi də deyilir.
Təbii ki, ictimaiyyətdə sual yaranır: AYNA sədri nə qədər əmək haqqı alır ki, bir milyonluq villaya sahib ola bilir? 
Bu sualın cavabını oxucularımız da daxil olmaqla, hər kəs yaxşı bilir. 
Anar Rzayev ümumiyyətlə əmək haqqı alırmı? 
Axı yükdaşıma sektorunu monopoliyaya alan, parkinq xidməti də daxil olmaqla “yerüstü sərvətlərimizdən” şəxsi malı kimi gen-bol istifadə edən Anar Rzayevin əmək haqqına ehtiyacı yoxdur. Görünür, AYNA sədri daşıdığı vəzifəyə biznesini qorumaq, inkişaf etdirmək və daha çox qazanmaq yeri kimi baxır. 
Demokrat.az-ın Anar Rzayevin bir milyonliq villa alması ilə bağlı məlumatına rəsmi sorğu ünvanlanmasına baxmayaraq, AYNA-nın hələ də cavab verməməsi əslində bundan qaynaqlanır. Çünki Anar Rzayev AYNA-da həqiqətən də dövlətin ona həvalə etdiyi işlə məşğul olsaydı, medianın sorğusunu dərhal cavablandırar, yayılan məlumatları təkzib edərdi. 10 günə yaxındlr ki, cavabın verilməməsi Anar Rzayevin başının pul qazanmağa qarışdığı fikrini yaradır. Və AYNA da susmaqla yayılan məlumatı doğrulamış olur.
Vaqif Hüseynli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri