Icma.az
close
up
RU
Mineral sazişi bu tarixdə imzalanacaq Tramp açıqladı YENİLƏNİB

Mineral sazişi bu tarixdə imzalanacaq Tramp açıqladı YENİLƏNİB

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton və Kiyev faydalı qazıntılarla bağlı sazişi aprelin 24-də imzalayacaq. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

***

20:23

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton arasında faydalı qazıntılarla bağlı razılaşma çərçivəsində niyyət protokolu bu gün onlayn formatda imzalana bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə o, media üçün keçirdiyi brifinqdə danışıb.

“Hazırda komandamız ABŞ komandası ilə birlikdə faydalı qazıntılarla bağlı niyyət protokolunun hazırlanması üzərində çalışır. Məhz indi, bu anda. Söhbət birbaşa razılaşmadan yox, niyyətləri əks etdirən sənədin imzalanmasından gedir. Bu sənəd bu gün onlayn şəkildə imzalana bilər”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, faydalı qazıntılarla bağlı əsas razılaşmanın imzalanması fevralın 28-də ABŞ Prezidenti Donald Trampla Zelenski arasında Ağ Evdə keçirilən görüş zamanı yaranan gərginlik səbəbilə baş tutmamışdı.

Martın 27-də Kiyev tərəfi Vaşinqtondan yeni sənəd layihəsi aldığını açıqlamışdı. Yeni variant əvvəlkindən daha sərt şərtlərlə təqdim olunub. Layihəyə əsasən, Ukrayna ABŞ-ın göstərdiyi 120 milyard dollardan çox yardımın kompensasiyasını təmin etməlidir. Bundan başqa, ABŞ Kiyevin faydalı qazıntıların hasilatından əldə edəcəyi gəlirlər hesabına formalaşacaq investisiya fonduna nəzarət hüququ əldə edir.

Sonradan Ukrayna tərəfi dəfələrlə bəyan etmişdi ki, razılaşma üzərində iş davam edir və Kiyev öz mövqeyini formalaşdırmağa çalışır. Zelenski isə Vaşinqtonun sənəddəki şərtləri dəyişdirməsindən narazılığını ifadə etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri