Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr Anım Gününə həsr olunmuş ədəbi bədii tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr Anım Gününə həsr olunmuş ədəbi bədii tədbir keçirilib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Sentyabrın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) "Konstitusiya və Suverenlik İli" çərçivəsində Anım Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyi münasibətilə MDU-nun şəhidlik zirvəsinə yüksəlmiş 6 məzununa həsr edilmiş filmin qısa təqdimatı keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq düşməni məğlub edib. O, bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi təkcə ərazilərimizin azad olunması ilə kifayətlənməyib, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Çıxışının sonunda İ.İsmayılov şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayaraq bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

MDU-nun rektoru Anar Eminov Anım Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək 27 Sentyabr tarixinin Azərbaycan xalqının həm şərəfli, həm də kədərli səhifəsi olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişdir. Onun sözlərinə görə, bu qələbə təkcə hərbi gücün deyil, həm də xalqımızın birliyi, milli ruhu və vətən sevgisinin təntənəsi olub.

A.Eminov vurğulayıb ki, bu Zəfər şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunub və onların fədakarlığı, igidliyi daim örnək olaraq qalacaq. O, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 27 Sentyabrın Anım Günü kimi təsis edilməsinin şəhidlərimizə göstərilən dərin hörmətin ifadəsi olduğunu qeyd edib.

Rektor çıxışında xüsusi olaraq MDU-nun da bu müharibədə şəhidlər verdiyini xatırladaraq bildirib ki, 6 igid məzunumuz - Kənan Abdullayev, Əzəmi Hüseynov, Oruc Nəcəfli, Faiq Həsənov, Yusif Cəfərov və Qorxmaz İsgəndərov döyüş meydanında şəhidlik zirvəsinə ucalıblar. O onların adlarının daim yaşadılacağını və qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılacağını deyib.

A.Eminov tədbirdə iştirak edən şəhid valideynlərinə dərin minnətdarlığını ifadə edərək, bütün şəhidlərimizin ruhunun uca, xatirələrinin isə əbədi olacağını diqqətə çatdırıb.

Tədbirdə şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək övladının qəhrəmanlığı ilə qürur duyduğunu bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıb. A.Abdullayeva qeyd edib ki, şəhid anaları üçün ən böyük təsəlli övladlarının adlarının unudulmaması, onların qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılmasıdır. O, göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və MDU-ya minnətdarlığını ifadə edib.

Tədbirdə çıxış edən MDU-nun Riyaziyyat kafedrasının müdiri, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev döyüş yolundan danışaraq, qazanılan Zəfərin xalqımızın birliyi və əsgərlərimizin fədakarlığı sayəsində mümkün olduğunu bildirib. R.Babayev vurğulayıb ki, hər bir əsgər və zabit müqəddəs amal uğrunda vuruşaraq torpaqlarımızın işğaldan azad edilməsinə töhfə verib. O, şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində daim örnək olacağını diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə MDU-nun müəllim və tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər səsləndirilib və "Əsgərə məktub" adlı səhnəcik canlandırılıb.

Tədbirdən sonra universitetin həyətində 6 şəhid məzunun xatirəsinə həsr edilmiş ağaclar əkilib.

Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri