Icma.az
close
up
RU
Romada 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Romada 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Roma, 26 sentyabr, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyinin və səfirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan soydaşlarımız və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə bu günün xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinin daim yaşadılacağını və onların hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıb.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov 27 Sentyabrın Azərbaycanın müasir tarixində ən önəmli günlərdən biri olaraq qalacağını, xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib. Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin başlanğıc tarixi olan həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz və xalqımız torpaqlarımızı işğaldan azad etmək və suverenliyimizi bərpa etmək üçün mübarizəyə qalxdı. Bu mübarizə, eyni zamanda, Azərbaycan dövlətinin heç zaman işğalla barışmadığını sübut etdi.

Diplomat bildirib ki, bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşması Azərbaycanın sülh təşəbbüsü irəli sürən və sülh prinsiplərini təşviq edən dövlət kimi tanınmasını, həmçinin sülh üçün də mübarizə etdiyini bir daha göstərdi.

Hərbi attaşenin baş köməkçisi, ikinci dərəcəli kapitan Ruslan Xalıyev çıxışında bildirib ki, 27 Sentyabr Azərbaycanın tarixi ədaləti bərpa etməsinə səbəb olub. O deyib ki, Zəfərə istiqamətlənmiş bu yolun tarixi var və memarı məhz Ulu Öndər Heydər Əliyevdir. Bu, tarix, eyni zamanda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin “Güclü ordu - güclü dövlət!” şüarının yalnız şüar olaraq qalmadığını göstərdi. R.Xalıyev bu mübarizənin yalnız Ordumuzun apardığı mübarizə deyil, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və diplomatik mübarizəsinin təntənəsi olduğunu bildirib.

Daha sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Azərbaycan Ordusunun Vətən müharibəsindəki qəhrəmanlığına və şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Biz” filmi nümayiş etdirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri