Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

UNEC də 27 Sentyabr Anım Gününə həsr olunan tədbir keçirilib

UNEC də 27 Sentyabr Anım Gününə həsr olunan tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitet kollektivi, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə UNEC-in şəhid olmuş 48 tələbə və məzununun xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksinin önünə əklil və gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Ədalət Muradov çıxış edərək Anım Gününün şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi baxımından xüsusi məna daşıdığını qeyd edərək əbədi yaşayan qəhrəmanların gələcək nəsillərə ötürdükləri mənəvi dəyərlərdən danışıb: “Biz millət olaraq, keçmişimizi unutmamağımız və gələcəyimizi xoşbəxt qurmağımız üçün şəhidlərimizi daim anmalıyıq. Şəhidlərimiz bizə dəyərlər dərsi verdilər, onlar öz gələcəyini millətinin gələcəyinə çevirdilər. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda quracağımız cənnət şəhidlərimizin xatirəsinə ucaldılmış ən böyük abidələrdən biri olacaq”, – deyə rektor diqqətə çatdırıb.

Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının sədri, ehtiyatda olan zabit Süleyman Cəfərov tərəfindən rektor Ədalət Muradova “Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə” Təşəkkürnamə təqdim edilib.

Şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxışında oğlunun Vətəninə və dövlətinə sonsuz bağlılığından danışıb. O, Teymurun əziz xatirəsinin ailəsi ilə yanaşı, təhsil aldığı doğma UNEC-də də daim yaşayacağını bildirib.

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin II kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, qazi Vüsal Yaqubov isə çıxışında məcburi köçkün ailəsində dünyaya göz açdığını, ata-baba yurdu olan Qubadlıya qalib əsgər kimi qayıtmağın ona böyük qürur hissi yaşatdığını deyib. 19 yaşında “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Vüsal Yaqubov şəhid valideynlərinin itirdikləri övladlarının timsalında xalqın sevgisi və ehtiramı ilə minlərlə oğul qazandıqlarını vurğulayıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Maliyyə və mühasibat fakültəsinin tələbələri Rəfiqə Caniyeva “Mən Şəhidəm, ölməmişəm”, Nərgiz Talıbova “Şəhidlər”, Mühəndislik fakültəsinin tələbəsi Reyhanə Əliyeva “Qarabağ artıq azaddır”, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəhanə Musayeva “Şanlı bir gün, şanlı tarix”, Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Röya Məmmədova isə “Azərbaycan əsgəri” şeirlərini səsləndiriblər.

Qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi Məhəmməd Əliyev “Xudayar” təsnifini və “Şuşanın dağları” mahnısını, Magistratura Məktəbinin tələbəsi Elxan İsgəndərov “Qarabağ”, Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Nadir Əzimli isə “Ey Vətən” mahnısını ifa ediblər.

Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə hazırlanan “Səninlə qürur duyuram” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Anım Gününə həsr olunan tədbir “Eşq olsun Azərbaycan Ordusuna!”, “Yaşasın Azərbaycan!” şüarları və alqış sədaları ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri