Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində Energetiklər Gününə həsr olunmuş elmi praktik konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində Energetiklər Gününə həsr olunmuş elmi praktik konfrans keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş “Azərbaycan energetikasının dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib. Universitetin kiçik akt zalında keçirilən konfransda “Azərbaycan İES” MMC-nin nümayəndələri, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransı açan MDU-nun rektoru Anar Eminov energetika sahəsinin ölkə iqtisadiyyatındakı strateji roluna diqqət çəkib. Qeyd edib ki, universitet-sənaye əməkdaşlığının inkişafı, xüsusən də energetika ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi MDU-nun prioritet istiqamətlərindəndir. Ölkənin enerji istehsalı sahəsində mühüm rol oynayan mingəçevirli energetiklərin rolunu yüksək qiymətləndirən A.Eminov, onları peşə bayramları münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov Mingəçevirin ölkənin enerji sistemindəki xüsusi rolundan bəhs edib, universitetlə müəssisə arasında əməkdaşlığın önəmini vurğulayıb. MDU-nun enerji istehsalı sahəsində ixtisaslı kadrların yetişdirilməsində müstəsna rol oynadığını bildirən T.Hüseynov universitet rəhbərliyinə, müəllimlərə minnətdarlığını bildirib.

Rektor A.Eminov T.Hüseynovu energetika sahəsinin inkişafına verdiyi töhfələrə, yüksək peşəkarlığına və məsuliyyətinə, enerji təhlükəsizliyinin təminindəki fəal fəaliyyətinə, həmçinin MDU ilə səmərəli əməkdaşlığına görə və Energetiklər Günü münasibətilə təltif edib.

Tədbir çərçivəsində energetika sahəsini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib.

Energetika kafedrasının müdir əvəzi Mahir İsmayılov “Energetika ixtisasları üzrə kadr hazırlığında universitet-sənaye əməkdaşlığının əhəmiyyəti”, universitetin müəllimlərindən Əbülfət Ədilov “Energetikanın inkişafında prioritet məsələlər”, Mədinə Əliyeva isə “Müasir Azərbaycanın elektrik şəbəkələri”, MDU-nun məzunlarından “Azərbaycan İES” MMC-nin xüsusi işlər üzrə mütəxəssisi Emin Paşayev “Azərbaycanda energetikanın inkişafında Mingəçevirin rolu” və texniki istehsalat şöbəsinin rəis müavini Şahin Nağıyev “Yeni “8 Noyabr elektrik stansiyası”nın elektroenergetikada rolu və iqtisadi səmərəliliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanın energetika sistemində baş verən müasir proseslər, yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və alternativ enerji mənbələrinin inkişafı ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.

Məruzələrdən sonra universitetin qocaman müəllimlərindən Əbülfət Ədiov energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, gənc mühəndislərin hazırlanması işinə verdiyi dəyərli töhfələrə, eləcə də 20 Oktyabr – Energetiklər Günü münasibətilə bu sahənin inkişafına göstərdiyi xidmətlərə görə təltif edilib.

Qeyd edək ki, 20 Oktyabr – Energetiklər Günü ilə bağlı MDU-da müxtəlif tədbirlər keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri