Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində Məzun Günü 878 tələbə və magistrant məzun adını qazanıb

Mingəçevir Dövlət Universitetində Məzun Günü 878 tələbə və magistrant məzun adını qazanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisəsini uğurla başa vuran tələbələr üçün Məzun Günü tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Universitetin rektoru Anar Eminov məzunları, onların valideynlərini və müəllimləri təbrik edib. Rektor bildirib ki, cari ildə 878 tələbə universiteti bitirərək məzun adını qazanıb. Bu gənclər artıq müasir Azərbaycanın gələcəyinə yön verəcək, ölkənin inkişafında fəal rol oynayacaq nəslin nümayəndələrinə çevriliblər.

O, MDU-nun yalnız ali təhsil müəssisəsi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrildiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanın bu gün qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü inkişaf strategiyasına əsaslanır.

Rektor 2020-ci ildə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün qeyd edildiyi bu dövrdə gənclərin vətənpərvərlik, dövlətçilik və milli dəyərlərə sədaqət ruhunda yetişməsinin əhəmiyyətini də diqqətə çatdırıb. Şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi vurğulanıb.

Anar Eminov məzunlara yeni həyat mərhələsində uğurlar arzulayıb, onların həm peşəkar mütəxəssis, həm də cəmiyyətə töhfə verən layiqli vətəndaşlar olacaqlarına inamını ifadə edib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov belə bir gündə məzunlarla birgə olmaqdan məmnunluğunu bildirib, gəncləri təbrik edib. Qeyd edib ki, bu gün təkcə məzunlar deyil, həm də onların ailələri, müəllimləri və ümumilikdə cəmiyyət üçün bayramdır. O, məzunların dürüstlük, zəhmətkeşlik və vətənpərvərlik kimi prinsiplərə sadiq qalmaqla böyük uğurlar əldə edə biləcəklərinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə çıxışında gənclərin təhsil alaraq cəmiyyətin fəal vətəndaşlarına çevrilməsinin önəmini vurğulayıb, məzunları və onların ailələrini təbrik edib. Bildirib ki, təhsil hər bir cəmiyyətin inkişafını təmin edən əsas sütunlardan biridir və MDU bu baxımdan ölkəmizin regionları üzrə inkişaf strategiyasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri – katib Elşad Novruzov çıxışında təhsil sahəsindəki son uğurlardan bəhs edib və MDU-nun bu sahədəki nailiyyətlərini yüksək qiymətləndirib. O, məzunların əmək bazarında rəqabətə davamlı və cəmiyyətə faydalı kadrlar kimi yetişdiyini vurğulayıb, onlara uğurlar arzulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışında MDU tələbələrinin ictimai fəallığını və ölkə gənclər siyasətindəki fəal iştirakını önə çəkib. O, məzunlara gələcəkdə də cəmiyyətə faydalı təşəbbüslərlə çıxış etməyi, daim yenilikçi və məsuliyyətli vətəndaşlar olaraq fəaliyyət göstərməyi tövsiyə edib.

Tədbirin rəsmi hissəsində MDU-da müxtəlif illərdə təhsil almış və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunlar Oruc Nəcəfli, Kənan Abdullayev, Əzəmi Hüseynov, Yusif Cəfərov və Faiq Həsənovun, eləcə də 2022-ci il sentyabrın 13-də Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı şəhid olmuş Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb. Onların ailə üzvləri səhnəyə dəvət olunaraq təltif edilib, hədiyyələr təqdim olunub.

Həmçinin Vətən müharibəsində iştirak etmiş universitet əməkdaşları və məzunları da diqqətdən kənarda qalmayıb. Onların qəhrəmanlığı və vətənpərvərliyi tədbirdə xüsusi qeyd olunub. MDU-nun 6 əməkdaşı və 17 məzununa fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbirdə övladları MDU-da təhsil alan şəhidlər Niyazi İsgəndərov və Yasən Əhmədovun, eləcə də 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımovun əziz xatirəsi hörmətlə anılıb, onların ailə üzvlərinə də universitet tərəfindən təltiflər təqdim olunub.

Sonra MDU-da sosial fəaliyyəti ilə seçilən, universitetin ictimai-mədəni həyatında fəal iştirak edən məzunlara təşəkkürnamələr və hədiyyələr verilib.

Daha sonra tədris müddətini yüksək akademik göstəricilərlə başa vurmuş tələbələr – fakültə və universitet birinciləri, eləcə də universitetin sosial həyatında fəallığı ilə seçilən Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin rəsmi hissəsindən sonra məzunlar üçün təşkil olunmuş ənənəvi “papaqatma” mərasimi keçirilib. Bədii və əyləncəvi hissə ilə davam edən tədbirdə iştirakçılar əsl bayram ab-havası yaşayıblar. Tanınmış reper Qurd, "Dərviş Band" qrupu və gənc ifaçı Vaqif Nağıyev öz mahnıları ilə tədbirə rəng qatıblar.

Məzun Günü atəşfəşanlıqla başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri