Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində “Məzun Günü” FOTOLAR

Gəncə Dövlət Universitetində “Məzun Günü” FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi anılıb.

Modern.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu  Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Universitetin rektoru Yusif Yusibov  məzunları təbrik edərək onlara gələcək həyatlarında, peşə fəaliyyətlərində və karyeralarında uğurlar arzulayıb, məzunların universitetdə əldə etdikləri biliklər əsasında yüksəkixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. Rektor gənclərə milli-mənəvi dəyərlərə sadiq qalaraq Vətənə və xalqa layiqincə xidmət etməyi, həmçinin məzunu olduqları ali təhsil müəssisəsinin nüfuzunu hər zaman qorumalarını və onu uğurla təmsil etmələrini tövsiyə edib. Rektor Yusif Yusibov diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilində  universitetdə ümumilikdə 2000-dən çox tələbə məzun olur. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif sahələrdə bakalavriat səviyyəsi üzrə 46 ixtisas,  magistratura səviyyəsi üzrə isə 23 ixtisas üzrə 64 ixtisaslaşmaya aid  kadrlar hazırlanır. Son 10 ildə isə Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı 2 dəfəyə qədər yüksəlib. Çıxışında ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor Yusif Yusibov universitetin beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb.  O da diqqətə çatdırılıb ki, Universitetdə yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində daim uğurlu işlər həyata keçirilir, professor-müəllim heyətinin və tələbələrin müxtəlif proqramlar çərçivəsində yerli və beynəlxalq layihələrdə iştirakı təmin olunur və dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib.  Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop gənclərin təhsil almasının önəmində danışıb, məzunlara gələcək işlərində uğurlar arzu edib.

Şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev çıxış edərək ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin  vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən univseritet rəhbərliyinə minnətdarlığını bildirib.

İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Tellan Zeynalova çıxışında Gəncə Dövlət Universitetinin məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə  bir qrup məzuna Fəxri fərman təqdim olunub.

“Məzun Günü”  konsert proqramı ilə davam edib və möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri