Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

Mingəçevir Dövlət Universitetində “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 avqust, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin və gənc mütəxəssislərin innovativ ideyalarını dəstəkləmək məqsədilə “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb. Müsabiqə Regional Universitet–Sənaye Birliyi Sammiti (RUSB 2025 - Careerhub) çərçivəsində keçiriləcək.

Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib. “Regiondan qlobala” konsepti ilə keçiriləcək sammit MDU, “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən oktyabrın 24-də Mingəçevirdə təşkil ediləcək. Tədbir universitet-sənaye əməkdaşlığını gücləndirmək, gənclərə iş və təcrübə imkanları təqdim etmək məqsədi daşıyır. Sammitdə 100-dən çox şirkət və dövlət qurumunun, ümumilikdə isə 10 mindən nümayəndənin iştirakı gözlənilir.

Müsabiqənin əsas məqsədi universitet daxilində startap ekosistemini gücləndirmək, tələbələrin ideyalarını inkişaf etdirmək və onları sənaye nümayəndələri ilə bir araya gətirməkdir. İştirakçılar innovativ layihələrini yarımfinal və final mərhələlərində təqdim edəcəklər.

Müsabiqədə yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları iştirak edə bilər. Komandaların tərkibi 2–5 nəfərdən ibarət olmalıdır.

İdeyalar süni intellekt, robototexnika, aqrar texnologiyalar, yaşıl enerji, proqramlaşdırma və IT həlləri, kibertəhlükəsizlik, təhsil texnologiyaları, “FinTech” və digər istiqamətləri əhatə etməlidir. Müsabiqə qeydiyyat və ideya təqdimatı, peşəkar mentor dəstəyi və “Final Pitch Day” mərhələlərindən ibarətdir. “Final Pitch Day” mərhələsi RUSB Sammiti çərçivəsində oktyabrın 24-də keçiriləcək.

Layihələr münsiflər heyəti tərəfindən təqdimat bacarığı, aktuallıq, məhsulun unikal xüsusiyyətləri, komanda potensialı və bazar araşdırmasına görə qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.

Qeydiyyat oktyabrın 10-dək aparılacaq.

Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93 | [email protected]

Ətraflı məlumat və qeydiyyat: mdu.edu.az/unistartup

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri