Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində yeni tədris ili üçün 116 yeni müəllim işə qəbul edilib

Mingəçevir Dövlət Universitetində yeni tədris ili üçün 116 yeni müəllim işə qəbul edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) sənayedə çalışan mütəxəssislər və professor-müəllim heyəti üçün 165 fənn üzrə müraciət imkanları elanı vermiş və bir ay müddətində namizədlərin müraciətlərini qəbul etmişdir. Elanlara uyğun olaraq ilkin mərhələdə müxtəlif ixtisas sahələri üzrə, ümumilikdə, 853 namizəd sənədlərini təqdim edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədlərin ilkin yoxlanışı və müəyyən edilmiş meyarlara uyğunluq əsasında aparılan təhlillər nəticəsində 267 namizəd növbəti mərhələyə keçməyə layiq görülüb. Yekun qiymətləndirmə mərhələsində komissiya üzvlərinin qərarı ilə tələblərə ən yüksək uyğunluq göstərən 116 namizəd seçilib.

Yaş bölgüsünə nəzər saldıqda, seçilmişlərin 49 faizi 20-29 yaş, 35 faizi 30-39 yaş, 12 faizi 40-49 yaş aralığında, 4 faizi isə 50 yaş və yuxarı yaş qrupunda təmsil olunub. Namizədlərin profillərinə nəzər saldıqda, işə götürülənlərin böyük hissəsini Mingəçevir Dövlət Universitetinin məzunları (43 faiz), digər əhəmiyyətli qismini isə sənaye nümayəndələri (25 faiz), 32 faizi isə müxtəlif yerli və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Yeni qəbul olunan əməkdaşlarla 1 illik sınaq müddətinə əmək müqaviləsi bağlanacaq. Bu müddət ərzində müəllimlərdən Scopus, Web of Science və digər nüfuzlu elmi bazalarda indekslənən jurnallarda məqalələr dərc etmək, təlim-tədris prosesini əmək bazarının tələblərinə uyğunlaşdırmaq və dərsləri praktik yönümlü metodlarla (case study, boom və digər müasir üsullar) aparmaq tələb olunacaq.

Eyni zamanda, müasir texnologiyalardan tədris prosesində fəal istifadə təşviq ediləcək. Müəllimlərin fəaliyyətinin davamlı qiymətləndirilməsi məqsədilə keyfiyyət şöbəsi tərəfindən mütəmadi monitorinqlər aparılacaq, tələbələr arasında isə anonim sorğular təşkil olunacaq. Bu yanaşma tədrisin keyfiyyətinin yüksəldilməsinə və əməkdaşların peşəkar inkişafına mühüm dəstək verəcək.

Hazırda elan olunmuş digər vakant yerlər üzrə də müsahibə prosesi davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri