Icma.az
close
up
RU
Mingəçevir in başqanı ad dəyişikliyini təsdiqlədi: Elitaya vəsiqə qazanmağa çalışacağıq

Mingəçevir in başqanı ad dəyişikliyini təsdiqlədi: Elitaya vəsiqə qazanmağa çalışacağıq

Icma.az, Fanat saytına istinadən bildirir.

"Mingəçevir"in başqanı Rafel Bünyatovun Fanat.Az-a müsahibəsi

- Komandanın çempionatdakı son oyununu canlı izlədiniz. 
- "Karvan" Premyer Liqaya vəsiqə qazanmış komandadır. Qələbə həmişə xoşdur, güclü rəqib üzərində qələbə daha xoşdur. Maraqlı mübarizə izlədik. Şadam ki, "Mingəçevir" 2:1 hesablı qələbə qazanaraq mövsümün son ev oyununda da azarkeşlərini sevindirə bildi.

- Yanvarda rəhbəri olduğunuz ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlıq müqaviləsi bağlayan "Mingəçevir"in çempionatın ikinci yarısında ortaya qoyduğu nəticələrdən razısınızmı?
- Bu mövsüm üçün hədəf liqada qalmaq idi. Reallıq budur ki, komanda işinin öhdəsindən gəldi. Əlbəttə ki, nəticələrdən razıyam. Heyət yeni formalaşdığı üçün ilk matçlarda qələbələr qazanmaq mümkün olmasa da, sonradan hər şey qaydasına düşdü. "Mingəçevir" oyundan-oyuna daha yaxşı futbol sərgiləməyə başladı. 

- Bizdə olan məlumata görə, "Mingəçevir" növbəti mövsümdən "ASTA Mingəçevir" adı altında fəaliyyət göstərəcək...
- Doğru məlumatdır. Növbəti mövsümdən komanda məhz belə adlandırılacaq. ASTA-nın adını əlavə etməklə yanaşı, komandanın təmsil etdiyi şəhərin də adının qalmasını daha doğru hesab etdik. Bu, bir çox prizmadan ən uyğun variant idi. 

- Bəs növbəti mövsüm üçün hədəf nə olacaq?
- Elitaya vəsiqə qazanmağa çalışacağıq. Təbii ki, yetərincə çətin hədəfdir. Liqada kifayət qədər ciddi rəqabət var. Bunun öhdəsindən gəlib-gəlməyəcəyimizi zaman göstərəcək.

- Belədirsə, yəqin ki, legionerlərin də sayı artacaq...
- Komandaya bir neçə legionerin cəlb edilməsi mümkündür. Amma yenə də yerli futbolçulara və daha çox perspektivli gənclərə üstünlük verəcəyik. 

- Klubun yeni stadionunun və bazasının inşası nə vaxta planlaşdırılır?
- Hazırda baş plan üzərində iş gedir. Konkret vaxt yalnız baş plan hazır olandan sonra təyin ediləcək. Bu gün üçün onu deyə bilərəm ki, infrastrukturun inşasına növbəti mövsümün gedişində başlayacağıq.   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 May 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri