Icma.az
close
up
RU
Mingəçevir regionun ən böyük Universitet Sənaye Birliyi Sammitinə ev sahibliyi edib

Mingəçevir regionun ən böyük Universitet Sənaye Birliyi Sammitinə ev sahibliyi edib

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.
Sammitdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir Dövlət Universitetinin himninin və “Zəfər sədası” uşaq xor qrupunun ifasının səslənməsindən sonra Dövlət Bayrağı və universitetin bayrağı tədbir meydanına gətirilib.
MDU-nun rektoru Anar Eminov “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olaraq dəyərləndirib. Vurğulanıb ki, tədbir “Regiondan Qlobala” konsepti əsasında reallaşaraq, Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir:
“Sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir”.
Bidirilib ki, bu ilki sammit çərçivəsində 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi, universitet və innovasiya mərkəzi, Mingəçevir və ətraf regionlardan olan tələbə, magist, məzun və işaxtaran gənclər iştirak edir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da çıxış edərək tədbirin regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin sədri Mürsəl Rüstəmov, Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Ramal Quluzadə, “HBN Group Academy”nin icraçı direktoru Tariyel Dövlətov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü Ramin Cəfərov və 4SİM-in şöbə müdiri Gülminə Məlikzadə də tədbirin önəminə diqqət çəkiblər.
Mingəçevir Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu, eləcə də Proqress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sammit çərçivəsində universitetin Dövlət Məşğulluq Agentliyi ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz vakansiyalarını, fəaliyyət istiqamətlərini və xidmətlərini təqdim edib. Sərgiyə baxış keçirilib və tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub. Sammit çərçivəsində keçirilən “UniStartup” müsabiqəsində 87 startap layihəsi təqdim olunub. MDU və digər region universitetlərinin tələbə və magistlərdən ibarət komandalarının hazırladığı layihələr ekspertlər tərəfindən qiymətləndirilib, master-klass təqdimatları keçirilib.
Sammitin təşkilində fəallıq göstərənlər təşəkkürnamələrlə təltif olunublar. Tədbir iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar. Sonda MDU-nun rektoru jurnalistlərin suallarını cavablandırıb.






Esmira Hidayətova, Mingəçevir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri