Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti Azərbaycan İES MMC ilə yeni universitet sənaye əməkdaşlığı modeli qurur

Mingəçevir Dövlət Universiteti Azərbaycan İES MMC ilə yeni universitet sənaye əməkdaşlığı modeli qurur

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 iyul, AZƏRTAC

Təhsil və sənaye sahələrində universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və yeni modulu qurmaq məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) və Qafqazın ən iri enerji müəssisələrindən olan “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Azərbaycan İES” MMC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu MDU-nun rektoru Anar Eminov və “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov imzalayıblar.

MDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 15-də rektor Anar Eminovun rəhbərlik etdiyi universitetin nümayəndə heyəti “Azərbaycan İES” MMC-nin baş idarəetmə binasında olublar. Dəyirmi masa ətrafında keçən görüşdə stansiyanın rəhbər şəxsləri də iştirak ediblər.

Universitet-sənaye əməkdaşlığından məmnunluğunu ifadə edən T.Hüseynov ölkəmizdə enerji istehsalında ixtisaslı kadrların yetişdirilməsində MDU-nun müstəsna rol oynadığını diqqətə çatdırıb. Stansiya direktoru MDU ilə bağlanan əməkdaşlıq sənədinin müəssisənin gələcəkdə peşəkar kadr təminatı və innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.

A.Eminov sənayeyə inteqrasiya olunmuş tədris modelinə keçidin MDU-nun strateji hədəfləri arasında olduğunu bildirib. O, bu əməkdaşlığın tələbələrin praktiki bacarıqlarının formalaşdırılması və universitetin tətbiqyönümlü ali təhsil müəssisəsinə çevrilməsi baxımından önəmli rol oynayacağını söyləyib. MDU rəhbəri, həmçinin imzalanan memorandumun real əməkdaşlıq addımlarının atılması üçün yol xəritəsi rolunu oynadığını qeyd edərək, əməkdaşlığın qurulmasında göstərilən dəstəyə görə “Azərbaycan İES” MMC rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra, MDU ilə “Azərbaycan İES” MMC arasında sənaye yönümlü (Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi) ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasına dair birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanmış memorandum sənaye yönümlü – xüsusilə Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə peşəkar kadrların hazırlanmasını, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin təşviqini, həmçinin müasir istehsalatla təhsilin inteqrasiyasını hədəfləyir.

Memorandumun əsas məqsədi elmi biliklərlə istehsalat təcrübəsinin sintezini təmin etməklə ölkənin sənaye potensialına töhfə verə biləcək kadrların hazırlanması, innovasiya fəaliyyətinin inkişaf etdirilməsi və qarşılıqlı resurs mübadiləsinin təşkili kimi strateji istiqamətləri əhatə edir.

Əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əsas istiqamətlər tələbələrin “Azərbaycan İES” MMC-də istehsalat təcrübəsi keçməsi və dərslərin praktiki hissəsinin müəssisənin Tədris Mərkəzində təşkili, müəssisənin mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və müasir enerji problemlərinə dair innovativ həllərin hazırlanmasından ibarətdir. Həmçinin magistrlik dissertasiyası mövzularının müəssisənin ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və müəssisədən də elmi rəhbər təyin olunması, müvafiq ixtisasların tədris proqramları və sillabuslarının stansiyanın tələblərinə uyğunlaşdırılması, dərs vəsaitlərinin birgə işlənilməsi, energetika mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisaslarının sənaye yönümlü proqram əsasında yenilənməsi, universitetin stansiyada Təhsil Mərkəzinin açılması, eləcə də kadrların ixtisasartırması, bilik və bacarıqlarının yenilənməsi, istedadlı gənc mütəxəssislərin seçilməsi və gələcəkdə işlə təmin olunması da bu istiqamətlər arasındadır.

İmzalanma mərasimindən sonra rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan İES” MMC-nin maddi-texniki bazası, infrastrukturu, Təlim-Tədris Mərkəzi və inzibati binası ilə yaxından tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri