Icma.az
close
up
RU
Mingəçevirdə Regiondan Qlobala konseptli Regional Universitet Sənaye Birliyi Sammiti keçiriləcək

Mingəçevirdə Regiondan Qlobala konseptli Regional Universitet Sənaye Birliyi Sammiti keçiriləcək

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

2025-ci il oktyabrın 24-də Mingəçevir Dövlət Universititeti (MDU), "HBN Group" və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platforma olan Regional Universitet - Sənaye Birliyi Sammiti (Careerhub) keçiriləcək.

"Regiondan Qlobala" konsepti ilə keçirilməsi planlaşdırılan tədbir Azərbaycanın müxtəlif regionlarından və digər ölkələrdən gələn müəssisə və təşkilatları bir araya gətirərək, universitet-sənaye əməkdaşlığının genişləndirilməsini və gənclərə yeni iş və təcrübə imkanlarının yaradılmasını hədəfləyir.

Tədbirin məqsədi, universitetlər və sənaye nümayəndələri arasında güclü bir körpü qurmaq, regionlarda insan kapitalını inkişaf etdirmək və gənclərə gələcəyin peşəkar dünyasına birbaşa daxil olmaq üçün şərait yaratmaqdır. Sammit, gənclərin real iş imkanları ilə tanış olmalarını və onların iş həyatına hazırlıqlı şəkildə başlamalarını təmin etməyi məqsəd qoyur.

Tədbir müxtəlif sektorlardan nümayəndələrin bir araya gəlməsi ilə ziyarətçilərə geniş imkanlar təqdim edəcək. Karyera sərgisində böyük şirkətlər və dövlət qurumları iştirak edəcək, iştirakçılar isə müxtəlif iş və təcrübə imkanları ilə tanış olacaqlar. Gənc təşəbbüskarlar üçün isə startap təqdimatları təşkil ediləcək, bu da onlara öz ideyalarını təqdim etmək və potensial investorlarla əlaqə qurmaq imkanı verəcək. Tədbirdə sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələri keçiriləcək, burada təhsil və sənaye sahələrindəki yeni trendlər müzakirə olunacaq. Son olaraq, müxtəlif sahələrdən olan müəssisələr və universitetlər arasında strateji əməkdaşlıq fürsətləri təqdim ediləcək.

Əsasən turzim, istehsalat, enerji və İT yönümlü olmaqla dövlət qurumları, böyük şirkətlər, startap, banklar, texnologiya və sənaye nümayəndələri, ali təhsil və elmi tədqiqat müəssisələri, tələbə və gənclər olmaqla, ümumilikdə 100-dən çox şirkət və müəssisə, 10 000-dən çox insanın Sammitdə iştirakı gözlənilir.

Sammitin təşkilində əsas məqsəd gənclərin peşəkar bacarıqlarını artırmaq, iş dünyası ilə tanışlıqlarını dərinləşdirmək və eyni zamanda, universitetlərin tədris fəaliyyətlərini sənaye tələbləri ilə uyğunlaşdırmaqdır. Tədbir iştirakçılarına real vakansiyalar və praktikalar təqdim ediləcək, həmçinin brend tanıtımları və sosial məsuliyyət nümunələri sərgilənəcək.

Bu sammitin keçirilməsi, yalnız yerli gənclər üçün deyil, bütün region üçün böyük bir əhəmiyyət kəsb edir. MDU regionda təhsil və sənaye sahələrinin sintezini təşviq etməklə, Azərbaycanın digər regionları üçün yeni əməkdaşlıq və inkişaf yolları açır.

Ətraflı məlumat üçün careerhub.az saytına daxil ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri